?>

Yəməndə Əmirəlmöminin həzrət Əlinin (ə) əlyazma Qurani-Kərimi – Video

Came Kəbir Məscidinin kitabxana müdiri “Əli əd-Dövlə” deyir: “Bu əlyazma nüsxə iki cilddən ibarətdir, birinci cildi Kəf surəsinin əvvəlindən axıra qədər, ikinci cildi isə Məryəm surəsindən Həşr surəsinə qədərdir.”


Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Əmirəlmöminin həzrət Əlinin (əleyhi səlam) dəsti-xətti olan Qurani-Kərimin bir nüsxəsi qədim Səna şəhərinin “Came Kəbir” Məscidinin kitabxanasında saxlanılır.

Bu nüsxə əvvəllər Sənada “Şəhideyn” Məscidində saxlanılırdı.

Şəhideyn Məscidi Əmirəlmöminin həzrət Əlinin (ə) Yəmən valisi olan “Ubeydullah ibn Abbasın” iki oğlu “Əbdürrəhman” və “Qasimin adını daşıyır. Onların hər ikisi Müaviyyə ibn Əbi Süfyanın amansız cəlladlarından biri tərəfindən şəhid ediliblər.

Came Kəbir Məscidinin kitabxana müdiri “Əli əd-Dövlə” deyir: “Bu əlyazma nüsxə iki cilddən ibarətdir, birinci cildi Kəf surəsinin əvvəlindən axıra qədər, ikinci cildi isə Məryəm surəsindən Həşr surəsinə qədərdir.”

O, bu Quran nüsxəsinin Yəməndə qorunmasını Yəmən xalqının həzrət Əli (əleyhi səlam) ilə əlaqələrinin olmasına dair etibarlı sənədi hesab edib.

Mütəxəssislərin fikrincə, Quran səhifələrinin bəzi hissələrinə hopmuş maddələr bu Quranı oxuyarkən şəhid edilən şəxsin qanı olduğu bildirilir.

Sənanın Came Kəbir Məscidinin kitabxanasında bir çox qiymətli əlyazma nüsxələri saxlanılır, lakin bu Müshəf ən mühüm və görkəmlilərindən biridir.

İslam tədqiqatçısı və Yəmən Üləma Dərnəyinin üzvü “Hamud əl-Ahnumi” deyir: "Bu Quran bütün İslam dünyasında tarixi dəyərə malikdir; Çünki İslam dünyasının və Yəmənin əvvəldən axıra qədər eyni dəsti-xətlə yazılan ən qədim Quranıdır."

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*