?>
Karikatura

Yəhudi qaniçənləri Qüdsdə fələstinlilərin evlərini sökməkdə davam edirlər

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ, Qərb ölkələri, Rusiya və s dövlətlərdən gələrək Fələstin torpaqlarını işğal edən yəhudi sionistləri yaratdıqları işğalçı İsrail rejiminin rəsmilərinin bir-başa göstərişi ilə soyuq havada, işğal altındakı Qüdsün Şeyx Cərrah məhəlləsinin bir sakininin evini gecə saatlarında buldozerlə dağıdaraq və ailə üzvlərini həbs ediblər. Sionist hərbçilər Mahmud Salihiyənin ailəsinin bütün üzvlərini, o cümlədən 9 yaşlı uşaqlarını evi sökməzdən əvvəl həbs etmişlər. Sionist rejim aylardır ki, bu məhəllə sakinlərini zorla köçürür və evlərini sionistlərə verir ki, bu da ötən ilin may ayından etibarən ərazi daxilində geniş qarşıdurmalara və Qəzzada müqavimət qruplarının reaksiyasına səbəb olub və 11 günlük müharibənin olovlanmasına gətirib çıxartdı... Bu məsələ Beynəlxalq Əl-Qüds Əl-Ərəbi qəzetinin karikaturasının mövzusuna çevrilib.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*