?>
Qərbi Asiya Xəbərləri – İşğal Olunmuş Fələstin Əraziləri

Yəhudi işğalçıları şok yaşamaqda davam edir. Calbou həbsxanasından qaçan 6 fələstinli əsir tapılmır – Video Reportaj

Analtiklər İslami Cihad üzvlərinin əsirlikdən qaçması əməliyyatını sionist rejimin təhlükəsizlik təşkilatları üçün şiddətli bir zəlzələ olduğunu deyirlər. İslami Cihad Təşkilatı bu əməliyyatı, işğalçı orduya və ümumilikd sionist rejiminə ağır zərbə vuran böyük bir qəhrəmanlıq əməliyyatı adlandırıb.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İran İslam Respublikasına bağlı silahlı müqavimət təşkilatı olan Fələstin İslami Cihad Təşkilatının yəhudi işğalçı qüvvələrində əsirlikdəki altı üzvü həbsxanadan qaçmağa nail olublar.

İşğal olunmuş Fələstin ərazilərinin şimalındakı Bisan bölgəsindəki Calboua həbsxanasından tunel qazaraq qaçan İslami Cihad Təaşkilatının altı üzvünü tapmaq üçün sionist ordusu tam hazır vəziyyətə gətizdirilsə də lakin bu heç bir fayda verməyib.

Qeyd edək ki, Calbou həbsxanasından əsirlərin qaçması əməliyyatının komandiri "Mahmud Abdullah Əl-Areza" dır.

Analtiklər İslami Cihad üzvlərinin əsirlikdən qaçması əməliyyatını sionist rejimin təhlükəsizlik təşkilatları üçün şiddətli bir zəlzələ olduğunu deyirlər. İslami Cihad Təşkilatı bu əməliyyatı, işğalçı orduya və ümumilikd sionist rejiminə ağır zərbə vuran böyük bir qəhrəmanlıq əməliyyatı adlandırıb.

Bu arada Həmasın sözçüsü Fovzi Barhum, bütün təhlükəsizlik maneələrinə baxmayaraq, altı məhbusun sərbəst buraxılmasının cəsarətli və qəhrəmanlıq olduğunu vurğulayıb.

Həmas spikeri vurğulayıb ki, bu qələbə sionist düşmənin əlində olan bütün imkanlara baxmayaraq heç vaxt qalib gəlməyəcəyini sübut etdi.

Həmas hərəkatı, bu qəhrəmanlıq əməliyyatının Fələstin xalqının azadlıq mübarizəsinin həbsxana daxilində belə davam etdiyini və dayanmayacağını sübut etdiyini açıqlayıb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*