?>
Qarabağ İslam Torpağıdır

Xocavənd urunda gedən döyüşlərdə Şəhid olan Afərin Quliyev və onun dəfn mərasimi – Video

Şəhidin anası da, balası şəhid Afərin Qulamov haqqında danışarkən deyib: “O, son günə kimi Fizuli əməliyyatlarından başlayaraq Xocavənd döyüşlərində iştirak etdiyinə baxmayaraq bir dəfə də olsun belə bizə müharibədə olduğunu demədi. Axrıncı dəfə evə zəng edəndə yaxşı yerə düşdüyünü dedi. Heç demədi vəziyyət pisdir!...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Ermənistan Respublikasının işğalçılığına son qoymaq məqsədilə 27 Sentyabr 2020 tarixdə Azərbaycan Respublikasının başlatdığı əks hücum planı çərçivəsində davam edən 44 günlük müharibədə Azərbaycanın Talış Bölgəsindən Qulamov Afərin Müqəddəs oğlu da iştirak etmişdir.

O, Lənkəran rayonun Mamusta kənd sakini idi. Cəmi 21 yaşlı...

İki bacının tək qardaşı...

Talış Bölgəsinin bir çoxları kimi Qulamovlar ailəsi də dindar ailələrdəndir. Evdə, Kərbəla Hadisəsinin rənzi sayılan Ələm- İslam Bayrağı da saxlanılır. Bunu Şəhid Afərinin şəninə evin bir güşəsində düzənlənən sərgidə də müşahidə etmək mümkündür...

Şəhid Afərinin ibtidai sinif müəlliməsi Vüsalə Qasımova Afərinin məktəb illərindən danışarkəın bildirib ki o, sadə, saf uşaq olduğu qədər də vətənpərvər, cəsur bir tələbə idi.

Şəhidin anası da, balası şəhid Afərin Qulamov haqqında danışarkən deyib: “O, son günə kimi Fizuli əməliyyatlarından başlayaraq Xocavənd döyüşlərində iştirak etdiyinə baxmayaraq bir dəfə də olsun belə bizə müharibədə olduğunu demədi. Axrıncı dəfə evə zəng edəndə yaxşı yerə düşdüyünü dedi. Heç demədi vəziyyət pisdir!...

Hər oğul şəhidlik zirvəsinə ucala bilmir. Döyüş hünər meydanıdır. Döyüş cəsarətin, qeyrətin olduğu yerdir. Şəhid valideyni olmaq isə hər kəsə qismət olmur...

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*