?>

Xətibzadə: "İranla ABŞ arasında hər hansı birbaşa müzakirə olmayıb"

Xətibzadə:

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: "İranla ABŞ arsında birbaşa müzakirə aparılmayıb və aparılmır".

ABNA24 Xəbər Verir, Səid Xətibzadə əlavə edib: "Bundan əvvəl aydın bir ittiham olmadan və qanunsuz proseslərlə həbs edilən və hazırda ABŞ həbsxanalarında acınacaqlı vəziyyətdə olan ABŞ-dakı iranlı məhbusların azadlığa buraxılmasının izlənilməsi İran üçün prioritetdir və biz daima bu məsələni izləyirik".

O, deyib: "ABŞ-ın yeni rəhbərliyinin hakimiyyətə gəlməsindən sonra İsveçrə səfirliyi və bəzi ölkələrin Xarici İşlər Nazirliklərindən məsələni izləməyə hazır olduqlarına dair mesajlar aldıq".

O, əlavə edib: "İranın Xarici İşlər Nazirliyi də həmin vasitə ilə bildirdi ki, bizim siyasətimiz iranlı məhbusların azadlığa buraxılmasıdır, lakin hər hansı birbaşa müzakirə olmayıb və bu barədə yayılan xəbərlər kökündən səhvdir".

Deyilənlərə görə, təxminən 20 iranlı ABŞ-da həbsdədir.

ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bu ölkənin hazırkı rəhbərliyinin İranla əlaqə saxladığını iddia edib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!