?>

Vyana danışıqlarında mühüm irəliləyiş var

Vyana danışıqlarında mühüm irəliləyiş var

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi İrana qarşı sanksiyaların ləğvi ilə bağlı Vyanada aparılan danışıqlarla bağlı açıqlama yayıb.

ABNA24 Xəbər Verir, Mixail Ulyanov özünün Tvitter səhifəsində, Avstriyanın paytaxtı Vyanada İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqlarda mühüm irəliləyişin əldə olunmasından xəbər verib.

Ulyanov yazıb: "Vyana danışıqlarının bütün iştirakçıları nüvə sazişinin bərpası və sanksiyaların ləğvi ilə bağlı razılaşmaya doğru irəliləyişin əldə edildiyini təsdiqləyiblər, lakin bu məqsədə nail olmaq üçün əlavə səylərə ehtiyac var".

Vyanada İrana qarşı zalımcasına və qeyri-qanuni sanksiyaların ləğvi ilə bağlı müzakirələrin səkkizinci raundu ötən bazar ertəsi İran İslam Respublikasının baş müzakirəçisi Əli Baqiri və Avropa Birliyinin Xarici Əlaqələr Xidmətinin baş katibinin müavini Enrike Moranın həmsədrliyi ilə birgə komissiyanın iclası ilə başlayıb. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*