slam İnqilabının Böyük Rəhbərinin Beynəlxalq məsələlər üzrə müşaviri deyib: "Ermənistan işğal etdiyi əraziləri Azərbaycan Respublikasına geri qaytarmalıdır, Lakin bu münaqişənin hərbi həll yolu yoxdur".
ABNA24 Xəbər Verir, İslam İnqilabının Böyük Rəhbərinin Beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Tehranda nəşr edilən "Keyhan" qəzetinə verdiyi müsahibədə, İranın, Ermənistan tərəfindən işğal edilmiş torpaqların Azərbaycan Respublikasına qaytarılmasının tərəfdarı olduğunu bəyan edərək, əlavə edib: "İran istənilən tərəfin hər hansı bir hərbi əməliyyat keçirməsinə qarşıdır, çünki Ermənistanla Azərbaycan Respublikası arasında baş verən müharibənin uduzan tərəfi xalqdır".
Vilayəti, İran İslam Respublikasınin bu iki ölkə arasında sülhün bərqərar edilməsi və vasitəçilik üçün heç bir yardımdan əsirgəməyəcəyini vurğulayıb.
İslam İnqilabının Böyük Rəhbərinin Beynəlxalq məsələlər üzrə müşaviri, həmçinin Ermənistanla Azərbaycan Respublikasının beynəlxalq sərhədlərə qayıtmasına dair BMT-nin qətnamələrinə toxunaraq, qeyd edib ki, ərazi bütövlüyü BMT nizamnaməsinin prinsiplərindən biridir və İranda BMT-yə üzv ölkələrdən biri olaraq, bu prinsipə təkid edir.
342/