?>

Vaşinqton Şəhər Şurasının təsdiqi ilə “Novruz” Amerika paytaxtında tanınıb

Vaşinqton Şəhər Şurasının təsdiqi ilə “Novruz” Amerika paytaxtında tanınıb

Vaşinqton Şəhər Şurası Qətnaməsinin bir hissəsində qeyd edir: “Novruz Birləşmiş Ştatlara Böyük Fars Sivilizasiyasının min illər boyu dünyaya davamlı töhfəsini və Novruzu qeyd edən müxtəlif mühacir icmalarının ABŞ-ın sosial-iqtisadi kontekstindəki mühüm təsir rolunu ABŞ-a xatırladır."

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ paytaxtının qanunverici orqanı olan Vaşinqton Şəhər Şurası çərşənbə axşamı (01.Mart.2022) Novruzu "mədəni və tarixi" hadisə adlandıran təklif olunan qətnaməni qəbul edib.

Yekdilliklə qəbul edilən qətnamədə Vaşinqton Şəhər Şurası Novruzun xüsusiyyətləri və ya yazın gəlişini müjdələyən “yeni gün” haqqında müxtəlif məlumatlar yayıb.

Qətnamədə Novruz bayramı 3000 il əvvələ aid “qədim bayram” kimi təqdim edilir və BMT-nin məlumatına görə, qədim İran bayramı olan Novruzda İran, Əfqanıstan, Tacikistan, Azərbaycan, Özbəkistan, Kazakıstan, Türkmənistan, Qırğızıstan və bəzi digər ölkələrdə 300 milyondan çox insan, eləcə də immiqrant icmaları iştirak edir. Amerika Birləşmiş Ştatları və dünyanın başqa ölkələrində də qeyd olunur.

Qətnamədə deyilir ki, “Novruz yeni başlanğıcın və toplantının simvoludur, keçən ilki təcrübələrdən və faciələrdən uzaqlaşmaqdır və təbiətlə birlikdə insanda Yeni il ümidini oyadır."

Vaşinqton Şəhər Şurası qeyd edir ki, Novruz eyni zamanda Birləşmiş Millətlər Təşkilatı tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısında dünyanın bir çox xalqları tərəfindən əziz tutulan mədəni ənənə kimi tanınır.

Birləşmiş Millətlər Təşkilatı 2010-cu ildə qəbul etdiyi qətnamə ilə “Ümumdünya Novruz Günü”nü rəsmən tanıdı.

Qətnaməsinin başqa bir hissəsində Vaşinqton Şəhər Şurası qeyd edir ki, “Novruz Birləşmiş Ştatlara Böyük Fars Sivilizasiyasının min illər boyu dünyaya davamlı töhfəsini və Novruzu qeyd edən müxtəlif mühacir icmalarının ABŞ-ın sosial-iqtisadi kontekstindəki mühüm təsir rolunu ABŞ-a xatırladır."

Qeyd edək ki, bu qətnamənin qəbulu ilə Vaşinqton Şəhər Şurası Novruz bayramını rəsmən tanıyır və bu qədim hadisəni şəhərin rəsmi təqviminə əlavə edir.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*