?>

Vaaqn Xaçaturyanın yeni prezident olacağı ehtimal edilir

Vaaqn Xaçaturyanın yeni prezident olacağı ehtimal edilir

Ermənistanın hakim partiyasının prezidentliyə namizədinin adı məlum oldu.

ABNA24 Xəbər Verir, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası ölkə prezidentliyi vəzifəsinə yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanın namizədliyini irəli sürməyi planlaşdırır. Bu barədə Sputnik Armenia məlumat yayıb.

Qeyd edək ki, ötən bazar günü, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verdiyini bəyan edib və bildirib ki, prezident ölkə və millət üçün hazırkı çətin durumda daxili və xarici siyasətə təsir etmək üçün lazımi alətlərə malik deyil.

O qeyd edib ki, onun bu qərarı emosionallıqdan deyil, müəyyən məntiqdən irəli gəlir.

A.Sarkisyanın sözlərinə görə, Ermənistanda paradoksal vəziyyət yaranıb: “Prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur. Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil”.

O, konstitusiya islahatlarının aparılmasını da təklif edib. Bildirib ki, bu halda qarşılıqlı nəzarət və tarazlıq mexanizmlərinə əsaslanan dövlət sistemi yaradılacaq.

Sarkisyan həmçinin deyib ki, hazırda Ermənistan prezidentin sülh və müharibə məsələlərinə qarışa bilməyəcəyi, demokratiya üçün əlverişsiz hesab etdiyi qanunlara veto qoya bilməyəcəyi reallıqda yaşayır.

Qeyd edək ki, yeni dövlət başçısı vəzifəsinin icrasına başlayana qədər onun səlahiyyətlərini parlamentin sədri icra edəcək. Yeni prezidenti də qanunverici orqan seçəcək. Deputatların ümumi sayının azı dörddə biri prezidentliyə namizəd irəli sürmək hüququna malikdir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*