?>
Qərb- Asiya Xəbərləri – Rusiya Federal Respublikası

V. Putin Ayətullah Rəisiyə telefon edərək kovid 19-a yoluxma ehtimalına görə karantinə alındığını söyləyib

V. Putin Ayətullah Rəisiyə telefon edərək kovid 19-a yoluxma ehtimalına görə karantinə alındığını söyləyib

Covid-19 ilə mübarizədə Moskva-Tehran əməkdaşlığına, həmçinin Sputnik V peyvəndinin İranda birgə istehsalına toxunan Rusiya Prezidenti qarşılıqlı əməkdaşlığın davam etdiyini vurğuladı.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı günü İranlı həmkarı cənab Ayətullah Rəisi ilə telefon əlaqəsi saxlayıb.

Rusiya prezidenti Vladimir Putin, çərşənbə axşamı günü iranlı həmkarı cənab Ayətullah İbrahim Rəisiyə telefonla zəng edərək Covid-19-a yoluxma ehtimalına görə karantinə alındığını söyləyib.

Telefon danışığı zamanı Rusiya prezidenti, ən qısa zamanda görüşmək üçün iki prezident arasında koordinasiya yaratmağa çağırıb.

Covid-19 ilə mübarizədə Moskva-Tehran əməkdaşlığına, həmçinin Sputnik V peyvəndinin İranda birgə istehsalına toxunan Rusiya Prezidenti qarşılıqlı əməkdaşlığın davam etdiyini vurğuladı.

İran İslam Respublikasının prezidenti də öz növbəsində telefon danışığında "İki ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişafı və dərinləşməsi üçün səy göstəririk" deyərək bildirib.

Ayətullah Rəisi, Covid-19 ilə mübarizədə, o cümlədən ortaq peyvənd istehsalı sahəsində də iki ölkə arasında əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayaraq bildirib: "Bu qlobal pandemiyanın tamamilə ortadan qaldırılmasına qədər əməkdaşlığımız daha sıx davam etməlidir."

Məlumata görə, iki prezident Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində bu həftə Tacikistanın paytaxtı Düşənbədə görüşəcəklər.



Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*