?>

Vəhhabilər Məzari-Şərif şiə bölgəsində daha iki partlayış törətdi

Vəhhabilər Məzari-Şərif şiə bölgəsində daha iki partlayış törətdi

Vəhhabi əqidəli Talibanın Bəlxdəki polis qərargahının sözçüsü Məhəmməd Asif Vəziri partlayışlardan birinin baş verdiyini təsdiqləyib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, 27 aprel 2022 tarix gecə saat 20:00 radələrində Əfqanıstan Şiələrinin kompakt yaşadıqları Bəlx vilayətinin mərkəzi Məzari-Şərif şəhərində iki partlayış baş verib.

Vəhhabi əqidəli Talibanın Bəlxdəki polis qərargahının sözçüsü Məhəmməd Asif Vəziri partlayışlardan birinin baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, Məzari-Şərifin onuncu məhəlləsində, “Konteynerlər” stansiyasının ərazisində partlayış baş verib.

Vəziri əlavə məlumat verməyib.

Eyni zamanda bəzi yerli mənbələr Səccadiyə stansiyasında daha bir partlayışın baş verdiyini bildiriblər.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*