?>
Beynəlxalq Qüds Günü Münasibəti ilə

Ümümdünya Əhli Beyt (ə) Assambleyasının 1442-ci ilin Beynəlxalq Qüds Günü münasibətilə verdiyi bəyanatı

“Dövrün Vəliyyi Fəqihi və həzrət Məhəmməd Peyğəmbərin (səlləllahu əlyehi və alih) gətirdiyi xalis İslamın Gözətçisinin çağırışına Ləbbeyk deyin ki, qələbə yaxındır”.“Ey iman gətirənlər! Əgər Allaha yardım etsəniz, O, sizi dinizdə sabitqədəm edərək sizə yardım edər.” (Quran Kərim, Mhəmməd sürəsi, ayə 7.)

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Ümüdünya Əhli Beyt (ə) Assambleyası hicri qəməri tarixi ilə 1442-ci ilin son Ramazan ayında keçirilən Beynəlxalq Qüds Günü münasibəti ilə bəyanat verib.

Biz ABNA saytı olaraq bəyanatın tam mətnini saytımızın əziz və dəyərli izləyicilərinə təqdim edirik:

 

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

# Bu gün müqəddəs Qüds bizə hər zamankındən daha yaxındır. #

Bənzərsiz təşəbbüsü ilə müqəddəs Ramazan ayının son Cümə günündə gurultulu sel kimi bütün müsəlmanların, xüsusən də dünyanın azad insanlarının qəlbini bir yerə toplayan İmam Xomeyniyə (rizvanullahi təala əleyh) Allahın salamı və bərəkəti olsun. Şeytansifət sionistlərin üzərinə edilən İslamçıların nərələri sanki Rəmyi Camaratda şeytana atılan daşdır.

Sərhədsiz Müqavimət Cəbhəsi, dünyanın müxtəlif yerlərində xalqın içərisindən çıxan Sərdar Süleymani kimi şəhid komandirləri ülgü qərar verərək, işğalçı İsrail rejimini an ba an məhvə etməyə və həyatından uzaqlaşmağa məcbur edir. Habelə İslam Ümmətini, dünyanın azad insanlarını hər gün keçdikcə şərafətli Qüdsə və İlahi hədəflərə daha da yaxınlaşmağa vadar etdi.

Dinc və sülh məqsədlər üçün istifadə olunan nüvə texnologiyası sahəsindəki inkişaf, İslam ölkələrinin müdafiə qabiliyyətlərinin gücləndirilməsi Qüdsü işğal etmiş, yalançı və əsrin müqaviləsi adlı uğursuz qərərdadın mənfəət tələb və hegemon qüvvələrini rahat yatmağa qoymur.

Bundan əlavə, uşaq qatili olan Netanyahunun kabinet qurmaq üçün uğursuz ardıcıl səyləri və hökumətin uğursuz siyasətlərinə qarşı yayılan xalq etirazları qondarma İsrail rejimini çökməyə sürükləyir. Nüvə və infrastruktur obyektimizə edilən uğursuz hücum, Fələstinlilərin evlərinə davamlı axtarışlar və basqınların edilməsi, məzlum əsirlərə və məhbuslara qarşı cinayətlərin və şiddətin artması, asılı və qorxaq ölkələr arasındakı münasibətlərin normallaşdırılması xəyalları, həmçinin gizli və uğursuz nüvə sınaqları, bütün bunların hamısı işğalçı sionist rejiminin yıxılma ərəfəsində olmasının göstəricisidir.

Ancaq siosnistlər və düşmən qüvvələri bilməlidirlər ki, dünya xalqları Şərqi və Qərbi Qüds fikrinə qarşı ciddi şəkildə etiraz edir və onu tanımır, Müqəddəs Qüdsün Fələstinin daimi paytaxtı olmasını qətiyyətlə vurğulayır, daha da oyaq bir vəziyyətdə sionist rejiminin məhv edilməsi üçün qiyama qalxır, müsəlmanların və dünyanın azad insanlarının lideri İmam Xameneinin irəli sürdüyü "Referendum" məsələsini virtual və fiziki sürətdə  dəstəkləyirlər. Bu da öz növbəsində, sionist rejiminə Qərbin dəstəyinin azalması, hiyləgər Qərb və cinayətkar Amerikadakı neoliberallarının yaxın zamanlarda iflasa uğrayaraq, dağılacağını müjdələyir.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası dünyadakı bütün üzvlərini, nümayəndələrini, vaizlərini və ortaqlarını dəvət etməklə yanaşı, pandemiya ilə əlaqədar daha ayıq, daha çox inteqrasiya olunmuş və daha yenilikçi olmaqla sionist İsrailin məhv edilməsi üçün səylər göstərmələrinə çağırış edir. Dövrün Vəliyyi Fəqihi və həzrət Məhəmməd Peyğəmbərin (səlləllahu əlyehi və alih) gətirdiyi xalis İslamın Gözətçisinin çağırışına Ləbbeyk deyin ki, qələbə yaxındır.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَنْصُرُوا اللَّهَ يَنْصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ   سوره محمد/ آیه 7

“Ey iman gətirənlər! Əgər Allaha yardım etsəniz, O, sizi dinizdə sabitqədəm edərək sizə yardım edər.”

(Quran Kərim, Mhəmməd sürəsi, ayə 7.)

 

 

Ümüdünya Əhli Beyt Assambleyası

H. Q. tarixi ilə 23 Ramazan, 1442-ci il.

 

Xəbərin sonu \ 101

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*