?>

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Ali Şurasının Yüz Doxsanıncı İclasının Bəyanatı

Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Ali Şurasının Yüz Doxsanıncı İclasının Bəyanatı

Dünyanın müxtəlif ölkələrində Əhli-Beyt (ə) davamçılarından bu xilasedici dialoqa əsaslanaraq mədəni mövzularda - xüsusilə qadınlar, gənclər və yeniyetmələrı diqqət ayıraraq lazımi tədbirlər görsünlər; Çünki mədəniyyət bəşər cəmiyyətinin müxtəlif sahələrini - siyasət, iqtisadiyyat, elm və texnikanı suvaran bulaq kimidir və bu bulaq quruyarsa, digər sahələr də böyük problemlərlə üzləşəcək.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyası Ali Şurasının Yüz Doxsanıncı İclası İran İslam Respublikasının mənəvi paytaxtı olan “Müqəddəs Məşhəd” şəhərində, Assambleya üzvlərinin əksəriyyətinin iştirakı ilə keçirilib.

Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyasının Ali Şurasının üzvləri iclasın sonunda Şiə dünyasında baş verən müxtəlif hadisələrlə bağlı bəyanat yayıblar.

Bəyanatın tam mətni belədir:

Bismilləhir Rahmənir Rahim

Allahın lütfü ilə Ümumdünya Əhli-Beyt (ə) Məclisinin Ali Şurasının yüz doxsanıncı iclası Şura üzvlərinin çoxunun iştirakı ilə bir gün müddətində İmam Əli ibn Musa Rzanın (əleyhimə səlam) mübarək hərəmində keçirildi.

Bu bir günlük iclasda üç dəfə Baş Katib tərəfindən Assambleyanın transformativ yanaşması haqqında məruzə təqdim olundu və Şura üzvləri ona təşəkkür edərək öz fikirlərini bildirdilər. Həmçinin İslam dünyası, dünya şiələri və onların çağırışları ilə bağlı müxtəlif məsələlər müzakirə edilib.

Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının Ali Şurasının üzvləri bu məclisin sonunda hər kəsin diqqətini aşağıdakı məqamlara yönəldirlər:

1. Son illərdə beynəlxalq aləmdə Əhli-Beyt (ə) Məktəbini əsas götürən Şiə dialoqu ictimaiyyət tərəfindən bəşəriyyətin xilaskar diskursu kimi qəbul edilmişdir. “İnsan ləyaqəti”, “qalıcı ədalət”, “din və məzhəb ardıcıllarının dinc yanaşı yaşaması”, “mənəviyyat”, “rasionallıq” və “müqavimət” Şiə dialoqunun əsas məqamlarıdır.

2. Çox aydın məsələdir ki, “Məhdəviyyət həqiqəti” də bu dialoqun əsaslarından biridir. Əhli-beyt (ə) Mədəniyyətində Xilaskar intizarının cəzzabiyyətli prinsibi liberal sistemə sığmayan bəşər tarixi üçün hər-hansı bir sonluğu qəbul edə bilməyən və onu dəhşətli və kədərli kimi təsvir edən “müasirlik” baxışının tam əksidir! Amma Şiə Dialoqunda və İntizar Məktəbində tarixin gələcəyi insanın bütün təbii ehtiyaclarını ödəyən nur və ümidlə doludur.

Buna uyğun olaraq, Şaban ayının ortası ərəfəsində və həzrət Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alih) nəslindən olan imam Zaman həzrətlərinin mövludunun ildönümündə özümüzü təkmilləşdirmək və ictimaiyyəti hazırlamaqla Xilaskarın zühuruna kömək etməliyik; Çünki rasionallıq, İlahi mənəviyyat, ədalət, əmin-amanlıq, sivilizasiya və rifah ancaq o dövrdə tam şəkildə təcəlli edəcəkdir.

3. Dünyanın müxtəlif ölkələrində Əhli-Beyt (ə) davamçılarından bu xilasedici dialoqa əsaslanaraq mədəni mövzularda - xüsusilə qadınlar, gənclər və yeniyetmələrı diqqət ayıraraq lazımi tədbirlər görsünlər; Çünki mədəniyyət bəşər cəmiyyətinin müxtəlif sahələrini - siyasət, iqtisadiyyat, elm və texnikanı suvaran bulaq kimidir və bu bulaq quruyarsa, digər sahələr də böyük problemlərlə üzləşəcək.

4. Mühüm regional məsələlərlə bağlı Məclis Ali Şurasının mövqeləri aşağıdakı kimi elan edilir:

- Yəmən məsələsi dünyanın ən mühüm problemlərindən birinə çevrilib. Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Yəmənin məzlum xalqına qarşı davam edən namərdcəsinə hücumu altı ildir ki, pisləyir və bu qeyri-insani hücumun tez bir zamanda dayandırılmasını tələb edir.

- İraq məsələsində Assambleya Şiə qruplarını birlik və həmrəyliyə çağırır. Onları İraqın müxtəlif siyasi qrupları ilə, o cümlədən sünni və kürd qardaşlarla, eləcə də qeyri-müsəlmanlarla birləşib hökumət qurmaq və bu ölkənin çiçəklənməsi və inkişafı üçün fəaliyyətə başlamasını istəyir.

- Pakistan və Əfqanıstanın günahsız şiə vətəndaşlarına qarşı, o cümlədən məscidlərdə, hüseyniyyələrdə və cümə namazlarında terror aktlarının davam etməsi qəti şəkildə pislənilir və heç bir məntiqə, zəkaya, təbiətə, insan vicdanına sığmır. Biz Əfqanıstan və Pakistan hökumətlərini Şiələrin, eləcə də bütün müsəlmanların dini atributlarını, ibadət yerlərini və toplantı mərkəzlərini qorumaq üçün lazımi tədbirləri nəzərdən keçirməyə çağırırıq.

- Ukrayna böhranı ilə əlaqədar olaraq, biz istənilən müharibəyə, qan tökülməsinə, günahsız insanlara zərər verilməsinə, insanların didərgin salınmasına, millətlərin infrastrukturunun dağıdılmasına qarşıyıq. Biz həmçinin bu müharibənin köklərini Amerika mafiya rejiminin böhranlarında axtarırıq və NATO-nun şərqə doğru genişlənməsinin pis planlarını pisləyirik.

Biz Rusiya və Ukrayna hökumətlərini bu böhranı dialoq və sülh yolu ilə həll etməyə çağırırıq.

5. Mübarək Ramazan ayının yaxınlaşması və dünyanın hələ də Korona pandemiyası ilə mübarizə apardığı bir şəraitdə Əhli-Beyt (ə) ardıcıllarından xahiş edirik ki əvvəlki illərdə olduğu kimi, kasıblara və məhrum insanlara yardım etməkdə öncülük etsinlər.

Nəhayət, sonuncu genişləndirilmiş zirvə toplantısında ötən iclasda bizimlə birlikdə olan Ali Şuranın iki üzvü “mərhum Ayətullah Müctəhid Şəbəstəri” və “mərhum Ayətullah Təsxirinin” xatirəsini ehtiramla anırıq. Uca Allahdan Əhli-beyt (ə) məktəbinin o iki xadimi, Assambleyanın digər vəfat etmiş üzvləri, şəhid komandirlər “Hac Qasim Süleymani” və “Əbu Mehdi Əl-Mühəndis”, eləcə də Suriyada hərəmləri müdafiə edən iki yeni şəhid və İmam Xomeyni (rəhmətullahi əleyh) üçün İlahi Rizvan və Ali dərəcələr arzu edirik.


وآخر دعوانا أن الحمد لله رب العالمین.
Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının Ali Şurası
Müqəddəs Məşhəd
11 Mart 2022
8 Şabanul-Müəzzəm 1443



Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*