?>
Quran və İtrət (əleyhimus-səlam)

Ümüdünya Əhli Beyt (ə) Assambleyası tərəfindən keçirilən birinci “114 Ümümdünya Mükafatı” festivalı

“Quran Kərimə əsaslanaraq Əhli Beyt (əleyhimus-səlam) və İslam Dininin maarif və mədəniyyətinin təbliğ edilməsi ictimaiyyət daxilində balanslaşdırılmış İslam təlim-tərbiyyəsinin möhkəmlənməsinə zəmanət verir. 114 Mükafat festivalıi çalışır ki, sağlam rəqabət və mənəvi bir mühit yaratmaqla Quran və İtrət (əleyhimus-səlam) maarifinin təbliğini dərinləşdirsin və asanlaşdırsın. Həmçinin Quran Kərim fəaliyyətləri sahəsində istedadlı şəxsləri, qabaqcıl təbliğatçıları kəşf etməklə bu saf istedadların inkişafı üçün lazım olan imkanat yaratsın.”

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Ümüdünya Əhli Beyt (ə) Assambleyasının beynəlxalq işlər üzrə müavini “114 Ümümdünya Mükafatı” adlı festivalın keçiriləcəyi xəbərini verib.

Höccətül İslam vəl-Müslimin Muhəmməd Cavad Zarean bu haqda xəbər verərək bildirib: “Bu mükafat dünyanın müxtəlif bölgələrində, ümüdünya səviyyəsində, heç bir cins və yaş fərqi qoyulmadan Əhli Beyt (əleyhimus-səlam) davamçılarının Quran Kərim mərkəzləri, fəalları və təbliğatçıları arasında keçiriləcək.”

O, bildirib: “Quran Kərimə əsaslanaraq Əhli Beyt (əleyhimus-səlam) və İslam Dininin maarif və mədəniyyətinin təbliğ edilməsi ictimaiyyət daxilində balanslaşdırılmış İslam təlim-tərbiyyəsinin möhkəmlənməsinə zəmanət verir. 114 Mükafat festivalıi çalışır ki, sağlam rəqabət və mənəvi bir mühit yaratmaqla Quran və İtrət (əleyhimus-səlam) maarifinin təbliğini dərinləşdirsin və asanlaşdırsın. Həmçinin Quran Kərim fəaliyyətləri sahəsində istedadlı şəxsləri, qabaqcıl təbliğatçıları kəşf etməklə bu saf istedadların inkişafı üçün lazım olan imkanat yaratsın.

Höccətül İslam vəl-Müslimin Muhəmməd Cavad Zarean qeyd olunan mükafatın üç kateqoriyada 1- Art-media məhsullarının istehsalı, 2- Art-media məhsullarının paylanması, 3- Təbliğat və tanıtım tədbirlərinin keçirilməsinə işarə edərək bildirib: “Müsabiqədə iştirak edən hər bir iştirakçı festivalın bir və ya daha çox kateqoriyalarında, əsərlərin sayına məhdudiyyət qoyulmadan iştirak edə bilər.”

Ümüdünya Əhli Beyt (ə) Assambleyasının beynəlxalq işlər üzrə müavini dünyanın müxtəlif bölgələrində olan Quran Kərim mərkəzləri, fəalları və təbliğatçılarını keçiriləcək festivalda iştirak etməyə dəvət etməklə yanaşı deyib: “Maraqlanan şəxslər daha çox məlumat əldə etmək üçün bu saytı www.114award.ir ziyarət edə bilərlər.”

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*