?>

Ukraynaya yardım üçün Bayden xüsusi səlahiyyət qazanıb

Ukraynaya yardım üçün Bayden xüsusi səlahiyyət qazanıb

Amerika prezidenti Ukraynaya lend-liz çərçivəsində yardım haqqında qanunu imzalayıb.

ABNA24 Xəbər Verir , ABŞ Prezidenti Cozef Bayden Ukraynaya lend-liz əsasında silah tədarükü haqqında qanunu imzalayıb.

Qeyd edək ki, qanun layihəsi daha əvvəl Konqresin hər iki palatası tərəfindən təsdiq edilib.

Layihə Cozef Baydenin Ukraynaya müdafiə aktivlərini icarəyə vermək və ya ötürmək, eləcə də digər məqsədlər üçün səlahiyyətlərini genişləndirəcək. Həmçinin aktın qəbulundan sonra Bayden 60 gün ərzində məhsulların tədarükü üçün sürətləndirilmiş prosedurlar yaratmalıdır.

Sənəd ABŞ-dan Ukraynaya silah, nəqliyyat, ərzaq və yardımın çatdırılmasının əhəmiyyətli dərəcədə sürətləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə o cümlədən SSRİ və Britaniyaya hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. O vaxt ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*