Ukraynada hökumət ilə müxalifət bu ölkənin şərqində atəşkəsin yenidən bərqərarı baradə razılığa gəliblər.
ABNA24 Xəbər Verir, Razılaşma ATƏT-in vasitəçiliyi ilə əldə olunub.
Belə bir halda, Ukraynanın şərqində təhlükəsizlik durumu hələ də kövrəkdir və cari ilin dekabrında atəşkəsin pozulması halları 2020-ci ilin analoji dövrü ilə müqayisədə beşqat artıbdır.
Ukrayna qərbpərəstlərin bu ölkənin ozamankı hökumətinə qarşı çevrilişindən sonra 2014-ci ilin əvvəllərindən bəri Donetsk və Luqansk-ın şərq rayonlarında hökumət ilə müxalifət arasında toqquşmalar səhnəsidir.
Toqquşan tərəflər bölgədəki münaqişəni dinc yolla həll etmək üçün 2014-ci ilin sentyabrında Minskdə atəşkəs haqda razılaşma imzaladılar.
342/