?>

Ukraynada Moskva-Qərb gərginliyi davam edir

Ukraynada Moskva-Qərb gərginliyi davam edir

Ukrayna ordusu dünən Moskva ilə gərginliyin şiddətlənməsi və separatçıları bir sutka ərzində üç hücum həyata keçirməkdə ittiham etməklə bir zamanda öz əsgərlərindən birinin bu ölkənin şərqində Rusiyanın himayəsi altında olan separatçılarla döyüşdə öldürülməsindən xəbər verib.

Bu, iki vuruşan tərəfin ötən ay barəsində razılaşdığı yeni atəşkəs zamanından bəri bir Ukrayna hərbçisinin öldürülməsi haqda verilən ilk məlumatdır.

2014-cü ildən başlanan Ukraynanın şərqindəki döyüşlərdə indiyədək on üç min nəfərdən çox insan ölüb.

Kiyev 2014-cü ildən bəri Rusiyadan dəstək alan və Donbasda Ukraynanın şərq ərazisindən bəzi hissələri öz nəzarətində saxlayan separatçılara qarşı müharibə aparır.

Bir-birini atəşkəsi pozmaqda ittiham edən iki vuruşan tərəf dekabrın 22-də ön cəbhədə atəşkəsin bərqərar edilməsi haqda razılaşdı.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*