?>

Ukrayna NATO-Rusiya müharibəsində nəqədər itki verib?

Ukrayna NATO-Rusiya müharibəsində nəqədər itki verib?

Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın itkilərini 550 milyard dollar qiymətləndirib.

ABNA24 Xəbər Verir , Ukrayna prezidenti Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının yaz sessiyasının tədbirləri çərçivəsində keçirilən dəyirmi masasında iştirak edərkən deyib: "İlkin hesablamalara görə, Ukrayna dağıntılar nəticəsində 550 milyard itirib.”

 Volodimir Zelenskinin sözlərinə görə, Ukraynada iqtisadiyyatı bərpa etmək üçün ayda 7 milyard dollara qədər ehtiyac var.

Ukraynanın baş naziri Denis Şmıqal öz növbəsində bildirib ki, bu il dövlətin ÜDM-i 30-50% azala bilər. O əlavə edib ki, xüsusi əməliyyat nəticəsində itkilər, ilkin təhlilə görə, 560 milyard dolları ötür.

Xatırladaq ki, dünən Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsində müharibənin davam etməsində NATO-nu ittihamlandırdı: “Bu müharibənin davam etməsini istəyənlər var. NATO ölkələrindən müharibənin davam etməsini istəyənlər var. Müharibənin davam etməsini, Rusiyanın zəifləməsini istəyirlər. Olan isə Ukraynaya olur”, - Türkiyə XİN başçısı əlavə edib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*