?>

"Ukrayna məsələsində əsas problem Qərbin NATO-nu genişləndirmək planıdır"

İslam İnqilabının Aliməqamlı Rəhbəri Qazaxıstan prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüş zamanı Ukrayna məsələsində əsas problemin Qərbin NATO-nu genişləndirməsi planı olduğunu vurğulayıb.

ABNA24 Xəbər Verir , Həzrət Ayətullahül-üzma Xamenei bu gün Qazaxıstan prezidenti Qasım Jurmat Tokayev ilə görüş zamanı deyib: “Bu, Ukrayna məsələsində əsas problemdir. Qərb NATO-nu genişləndirməyə çalışır və imkan daxilində təsirlərini genişləndirməkdən çəkinməyəcək.

“Biz hər şeyə diqqətlə baxmalı və diqqətli olmalıyıq, çünki amerikalılar və qərblilər daim müxtəlif regionlarda, o cümlədən Şərqi və Qərbi Asiyada öz təsir dairələrini genişləndirməyə, dövlətlərin müstəqilliyinə və suverenliyinə xələl gətirməyə çalışırlar”, - deyə İnqilab Rəhbəri söyləyib.

O həzrət İran və Qazaxıstan arasında dərin tarixi və mədəni əlaqələrə toxunaraq, iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə regional sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Ayətullahül-üzma Xamenei siyasi və iqtisadi məsələlərdə koordinasiyanı əlaqələrin inkişafı üçün zəruri adlandırıb və müştərək komissiyanın fəaliyyətə başlamasının vacibliyini qeyd edərək buyurub: “Hər iki tərəf razılaşmaların həyata keçirilməsi üçün səylərini ikiqat artırmalıdır.”

İslam İnqilabının Böyük Rəhbəri həmçinin İran və Qazaxıstan arasında mədəni əməkdaşlığın genişləndirilməsini vacib sayıb və əlavə edib: Farabi qazax əsilli bir filosof və islam alimi olaraq min ildir ki, əsərləri İranda tədqiq edilən bir elm adamıdır. Və bunun özü mədəni əməkdaşlığın və müştərək elmi komitənin yaradılmasının əsasını təşkil edə bilər”.  

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin də iştirak etdiyi görüşdə Qazaxıstan Respublikasının prezidenti Qasım Jurmat Tokayev isə deyib: “İran prezidenti ilə çox yaxşı danışıqlarımız və sənədlərimiz olub. İmzalanan sənədlər ikitərəfli münasibətlərin daha da genişlənməsinə yol aça bilər”.

Qazaxıstan prezidenti İran və Qazaxıstan arasında tarixi və mədəni oxşarlıqlara toxunaraq, İslam İnqilabının Ali Rəhbərinin Farabi ilə bağlı elmi komitənin yaradılması təklifini alqışlayıb, regional məsələlər və Ukraynadakı vəziyyətlə bağlı fikirlərini bildirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*