?>

Ukrayna məsələsi Türkiyə-Rusiya münasibətlərinə təsirsiz ötüşəcək

Ukrayna məsələsi Türkiyə-Rusiya münasibətlərinə təsirsiz ötüşəcək

Tanınmış Rusiyalı politoloq Professor Doktor Aleksandr Duqin Ukrayna ilə Rusiya arasında hərhansı toqquşmaların baş verəcəyi təqdirində Türkiyənin neytral mövqe sərgiləyəcəyini bildirib.

ABNA24 Xəbər Verir, SəhərAzəri Televiziya Kanalının YAXINDAN TÜRKİYƏ proqramının Skype-la qonağı olan siyasi elmlər doktoru, rusiyalı filosof və publisist, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin bildirib ki, Ukrayna Türkiyənin strateji şəriki olmadığından, Rusiya ilə Ukrayna arasında qarşıdurma baş verərsə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu qarşıdurmaya neytral yanaşacaq və sadəcə sülhün bərqərar olunmasına töhfə verməyə çalışacaq.

“Nəzərə almaq lazımdır ki, Ukrayna məsələsi ABŞ ilə Rusiya arasında olan bir məsələdir. Rusiya ilə Türkiyə arasında daha doğrusu Putin ilə Ərdoğan arasında isə bir strateji plan var, eyni zamanda Ukrayna heç vaxt Türkiyənin strateji şəriki olmamışdır ona görə də Rusiya ilə Türkiyə arasında heç bir gərginlik olmayacaq”,- deyə Aleksandr Duqin bildirib.

Rusiyalı politoloqa görə, Bayden hökuməti ilə Türkiyə arasında yaşanan gərginlik də Türkiyənin Rusiyaya qarşı mövqe tutmayacağında başqa amillərdən biridir.

Beynəlxalq Avrasiya Hərəkatının lideri belə qənaətdədir ki, ABŞ-ın problem Ukrayna deyil, birbaşa Rusiyanın özüdür və bu Amerikanın istədiyi təkqütblü dünyanın sona çatmaq üzrə olması ilə əlaqədardır. ABŞ buna mane olmağa cəhd göstərir və Rusiyaya qarşı təzyiqlərə də bu müstəvidən baxmaq lazımdır.

Ukrayna ilə Rusiya arasında toqquşmalar baş verəcəyi təqdirdə Çinin hansı mövqe sərgiləyəcəyi sualını isə Duqin belə cavablandırıb: “Rusiya və Çin eyni qütblərdə yer alır və masanın bir tərəfi sayılır. Dünya üçqütblü istiqamətə doğru gedir və Rusiya və Çin biri-birinə arxa çevirməzlər və Amerika reallıqla barışmalı olacaq.”

Beynəlxalq Avrasiya Hərəkatının liderinə görə, Türkiyənin Ukrayna ilə Rusiya arasındakı ehtimal olunan toqquşmalarda Rusiyaya qarşı cərgədə yer almayacağına digər səbəb Türkiyənin Avrasiyadakı mövqeyidir:

“İran və Türkiyə Avrasiya xəritəsinin çox önəmli coğrafiyasını təşkil edirlər. Məhz buna görə də üç qütblü dünyada bu iki ölkə xüsusi rola malikdirlər. Ərdoğan da ölkəsinin bu potensialını yaxşı dərk edir və düzgün qiymətləndirir”,- deyə rusiyalı filosof Aleksandr Duqin bildirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*