?>

"Üçüncü Qarabağ müharibəsi ehtimalı var".

Azərbaycan Respublikasının siyasi eksperti Dağlıq Qarabağ bölgəsində bu ölkə ilə Ermənistan arasında üçüncü müharibənin baş verməsini mümkün hesab edib.

ABNA24 Xəbər Verir, ABŞ-da mühacirətdə yaşayan Arif Yunis deyib: "Nə qədər qəribə görünsə də, müşahidələrim bunu deməyə əsas verir ki, siyasətçilər və jurnalistlər də daxil Dağlıq Qarabağ erməniləri, hazırkı şəraitdə özlərini İkinci Qarabağ müharibəsindən əvvəlkinə nisbətən daha təhlükəsiz və daha rahat hiss edirlər. Çünki, müharibədən əvvəlki dövrdə Ermənistan Qarabağın təminatçısı idi. Amma bu gün Qarabağ erməniləi deyirlər ki, təhlükəsizliyimizin təminatçısı Rusiyadır və Rusiya sülhməramlıları, əbədi olmasa da, uzun müddət bu bölgədə qalacaqlar və lazım olan hər şeyi edəcəklər.

Arif Yunisn dediyinə görə, BUNU BAŞA DÜŞMƏK LAZIMDIR Kİ, müharibə bitməyib və davam edir. Yalnız toqquşmalar müvəqqəti olaraq, dayandırılıb. Ancaq müharibənin yenidən başlamayacağına heç bir qarant yoxdur.

Arif Yunis əlavə edib: "Qarabağ ermənilərinə Rusiya pasportunun verilməsi prosesi başlayıb və bu rus pasportları Qarabağ ermənilərinə veriləcək və gün olacaq ki, Qarabağ erməniləri Rusiya vətəndaşı olduqlarını vurğulayaraq, Rusiyanın siyasi tərkibində yer almalarını istəyəcəklər".

"Qarabağda 18 minlik ordu var və orada rus qoşunları yerləşdirilib. Bu vəziyyət gələcəkdə Azərbaycan Respublikası üçün problem yaradacaq", deyə o, qeyd edib. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*