?>

Ü.Cəfərov sülhməramlıları Azərbaycana əlcək atmaqda ittiham edib

Ü.Cəfərov sülhməramlıları Azərbaycana əlcək atmaqda ittiham edib

Azərbaycan maşın karvanına rus sülhməramlıları ilə bərabər erməni separatçılarının da baxış keçirməsi ölkədə qəzəblə qarşılanıb

ABNA24 Xəbər Verir, hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib ki, əslinə qalsa, bu məsələ ölkəmizin ərazisinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının bölgədən dərhal uzaqlaşdırılmasını gündəmə gətirir. Ən azı Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılmalıdır. Çünki baş verən hadisə qəbuledilməzdir və Azərbaycan qanunlarına hörmətsizlikdir.

Qeyd edək ki, Kəlbəcərə gedən Azərbaycan maşın karvanına rus sülhməramlıları ilə bərabər separatçılar da baxış keçirib.

Ekspertə görə, rus sülhməramlıları bir il üç aydır ki, yerləşdirildikləri ərazilərdə öz vəzifələrini yerinə yetirmirlər: “Biz indiyədək kifayət qədər səbir nümayiş etdirdik. 2020-ci ildə rus sülhməramlıları ölkəmizin ərazisinə daxil olduqdan sonra onlardan öz vəzifələrini yerinə yetirəcəklərini düşünürdük. Amma təəssüflər olsun ki, onlar on beş aydır orada heç nə etmirlər. Əksinə Kəlbəcərdəki mənzərə bizə onu deməyə əsas verir ki, rus sülhməramlıları həmin ərazidə separatizmin genişlənməsinə və çiçəklənməsinə maksimum şərait yaradıblar. Rus sülhməramlıları o həyasızları yanlarına salıb, bizim maşınları yoxlayırlar”, - deyə Üzeyir Cəfərov vurğulayıb.

Hərbi ekspert daha sonra bütövlükdə Rusiyanın Qarabağ siyasətindən şikayətlənib.

Cəfərov deyib: “Azərbaycan Prezidenti “Xankəndi” deyir, Rusiya Müdafiə Nazirliyi öz rəsmi internet səhifəsində “Stepanakert” yazır, biz “Xocavənd” deyirik, onlar “Martuni” yazır, biz “Qarabağ”dan danışırıq, onlar isə hələ də “Dağlıq Qarabağ”dan bəhs edirlər. Bunlar yolverilməzdir. Sanki belə şeyləri bizim gözümüzdə adiləşdirərək bizdən bununla barışmağımızı istəyirlər. Sadə şəkildə desək, bu hadisə bizi təhqir etməkdir, xalqımızın heysiyyatına toxunmaqdır və bizə qarşı çağırışdır, bizə əlcək atmaqdır”.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*