?>
Sağlamlıq

Türkiyənin koronavirusla mübarizəsində son 24 saat 276 nəfər ölüb

Türkiyənin koronavirusla mübarizəsində son 24 saat 276 nəfər ölüb

Türkiyədə son 24 saat ərzində 334 min 535 Kovid-19 testi aparılıb, 27 min 802 nəfərdə test müsbət çıxıb, 276 nəfər həyatını itirib.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Səhiyyə Nazirliyi tərəfindən paylaşılan Gündəlik Koronavirus Cədvəlinə görə, Türkiyədə son 24 saat ərzində 334 min 535 Kovid-19 testi aparılıb, 27 min 802 nəfərin testi müsbət çıxıb, 276 nəfər ölüb, sağalanların sayı isə 29 min 191.

Kovid-19 ilə mübarizə çərçivəsində bu günə qədər tətbiq olunan birinci dozalı peyvəndlərin sayı 52 milyon 4 min 828, ikinci dozalı peyvəndlərin sayı isə 40 milyon 955 min 954 olmuşdur. Üçüncü doz ilə, 23.10 tarixinə olan peyvəndlərin sayı 103 milyon 66 min 533 -ə yüksəldi.

Ən az bir doz peyvənd alanların ən yüksək nisbətinə sahib 10 əyalət, sırasıyla Muğla, Kilis, Tekirdağ, Yalova, Edirne, Çanaqqala, Amasya, Aydın, Antalya və Balıkesir olaraq elan edilib.

Ən az bir peyvənd alanların ən aşağı nisbətdə olduğu əyalətlər Gümüşhane, Şanlıurfa, Diyarbakır, Mardin, Batman, Bingöl, Muş, Siirt, Bayburt və Elazığ olaraq sıralanmışdır.

Gündəlik cədvəlini sosial media hesabından paylaşan Səhiyyə Naziri Fəxrəttin Qoca, bu gün həyatını itirənlərin sayının 276 olduğuna diqqət çəkərək, “Peyvənd və tədbirlərdə birlik və həmrəyliyi təmin etsək, yoluxma və onda həyat itkisi qısa müddətdə sürətlə azalacaq. Epidemiyaya qarşı uğurun şərti birlik və sabitlikdir. " kimi ifadələr yazaraq bildirib.

 

Ölkə daxilində Kovid-19-a yoluxan ev və məhəllələr karantinə alındı

Kovid-19 tədbirləri çərçivəsində Adıyamanda 126 evdə və Mardinin Kızıltepe mahalında 9 məhəllədə karantin tətbiqinə başlanıldı. Karantin altında olan evlərə və məhəllələrə giriş və çıxışlar qadağandır.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*