?>

Türkiyənin hökumət və hərbi qurumlarının saytlarına kiber hücum edilib

Türkiyənin hökumət və hərbi qurumlarının saytlarına kiber hücum edilib

Türkiyənin dövlət, hərbi və media qurumlarının saytları bu ölkənin İraqa qarşı son hücumlarına cavab olaraq, kiber hücumlara məruz qalıb.

ABNA24 Xəbər Verir , Türkiyə hərbçilərinin Kürdüstan Fəhlə Partiyası PKK ilə mübarizə bəhanəsi ilə "Pəncə- Kilid" əməliyyatı çərçivəsində İraqa hücumlarını gücləndirdiyi bir vaxtda bu ölkənin hökumət, ordu və media qurumlarının internet saytları geniş və uğurlu kiber hücumların hədəfinə çevrilib. 

Cümə günü axşam saatlarında və kiber hücumdan qısa müddət sonra "Əl-Tahirə komandası" adlı bir qrup bəyanat yayaraq, Türkiyənin hökumət və media saytlarının sıradan çıxmasına səbəb olan kiber hücumun məsuliyyətini üzərinə götürüb və hücumun Türkiyənin İraqın şimalındakı son hərbi əməliyyatı və bu ölkə ordusunun Dəhuk, Süleymaniyyə və Ərbilə hava zərbələrinə cavab olduğunu bildirib.

İraqa qarşı son hücumlarda istifadə edilən bayraqdar PUA-larının zavodu da bu kiber hücumların hədəfində olub. 

"Anadolu" Xəbər Agentliyi və Türkiyə Prezident Administrasiyası da bu hücumlardan amanda qalmayıb. Hücumdan sonra prezident ofisinin internet saytı saatlarla işləməyib.

Türkiyədəki hökumət mənbələri kiber hücumla bağlı hələ ki səssiz qalıblar, lakin istifadəçilər hücumdan sonra saatlarla Anadolu xəbər agentliyinin saytına daxil ola bilməyiblər ki, bu da Əl-Tahirə qrupunun bəyanatını təsdiqləyir.

Kiber hücumlar çərşənbə və cümə axşamı Türkiyənin İstanbul və Bursa vilayətlərində baş verən iki partlayışdan qısa müddət sonra həyata keçirilib. Əlbəttə, həbsxana gözətçisinin ölümü və 6 nəfərin yaralanması ilə nəticələnən partlayışlara görə məsuliyyəti heç bir şəxs və ya qrup öz üzərinə götürməyib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*