?>

Türkiyədə yoxsulluq və aclıq artır

Türkiyədə yoxsulluq və aclıq artır

Türkiyədə yoxsulluq həddi on min lirəni, aclıq həddi üç min lirəni keçib.

ABNA24 Xəbər Verir,Türkiyə Həmkarlar İttifaqının araşdırmalarının nəticələri göstərir ki, bu ölkədə dörd nəfərlik bir ailənin yoxsulluq həddi indeksi keçən ay yəni oktyabr ayında on min 75 lirəyə yüksəlib.

Yoxsulluq həddinin hesablanması zamanı qida, mənzil, nəqliyyat, yanacaq, geyim, su, işıq, qaz və telefon, habelə təhsil və sayirə kimi əsas yaşayış xərcləri üçün tələb olunan minimum gəlir nəzərə alınır.

Bu hesabatda dörd nəfərlik bir ailənin aclıq xətti 3 min 96 lirə olaraq, təxmin edilir.

Aclıq və ya mütləq yoxsulluq xəttində hər bir insanın sağ qalması üçün lazım olan kaloriləri təmin etməsi üçün minimum xərclər hesablanır.

Türkiyədə həmçinin, bu ay ərzaq qiymətləri ötən ayla müqayisədə təxminən 61,24 faiz artıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*