?>

Türkiyədə inflyasiya göstəricisi artımı rekord qırıb

Türkiyədə inflyasiya göstəricisi artımı rekord qırıb

Türkiyə xalqı yeni milad ilinin əvvəlində ötən iyirmi ildə ən yüksək inflyasiya göstəricisini təcrübə edib.

ABNA24 Xəbər Verir, Dünən yayılan rəsmi statistikalara görə, Türkiyədə inflyasiya göstəricisinin artımı ötən ilin analoji dövrü ilə müqayisədə otuz altı tam yüzdə səkkiz faiz çox olub.

Türkiyədə bu inflyasiya göstəricisi 2002-ci ildən bəri nadir bir hadisədir. İnflyasiyanın artmasının əsas səbəbi, Türkiyə lirəsinin tənəzzülü elan olunub.

Belə bir halda, Türkiyə hökuməti inflyasiya göstəricisini azaltmaq üzrə proqramlaşdırmasında elan olunmuş rəqəmdən yeddi dəfə az bir rəqəm nəzərdə tutmuşdu.

Türkiyə lirəsinin ABŞ dolları qarşısındakı dəyəri son bir ildə qırx beş faizdən çox tənəzzül edib. Noyabr ayında inflyasiya göstəricisi iyirmi bir tam yüzdə otuz bir faiz elan edilmişdi.

Lirənin dəyərinin çökməsi və qarşılıqlı olaraq, inflyasiya və xalqın daha da yoxsullaşması Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın reytinqini kəskin tərzdə azaldıbdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*