?>

Türkiyədə Gülənin tərəfdarı olan 39 qadın həbs olunub

Türkiyədə Gülənin tərəfdarı olan 39 qadın həbs olunub

Türkiyə mediaları bu ölkənin beş vilayətində Gülən qrupuna üzvlük ittihamı ilə 39 qadının həbs edildiyini bildiriblər.

ABNA24 Xəbər Verir, Bu medialar qeyd ediblər ki, Türkiyə prokurorları Gülən qrupu ilə əlaqədə olduğuna görə, bir müəllimə və üç mama da daxil olmaqla 39 qadının həbsi barədə sanksiya veriblər.

Bu qadınlardan 32-si, Türkiyənin qərbindəki beş vilayətdə eyni zamanda keçirilən əməliyyatlar zamanı həbs olunub. Onlar Gülən qrupunun qadın üzvləri arasında fəaliyyətləri təşkilatlandırmaqda ittiham olunublar.

Türkiyədə uğursuz 2016-cı il çevrilşindən sonra çevrilişin işlənib hazırlanmasında ittiham edilən, bu ölkə hökumətinin ən məşhur müxaliflərindən olan Fəthullah Gülənlə əlaqədə olan şəxslərin geniş şəkildə həbsi başlandı. Səksən minə yaxın şəxs müvəqqəti həbs aldı. 150 min vətəndaş qüvvəsi, hərbi personal və digər türkiyəli rəsmilər, ya işdən çıxarıldılar, ya da ki, onların işləri dayandırıldı.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*