?>

Türkiyədə erkən seçki olmayacaq

Türkiyədə erkən seçki olmayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə prezident və parlament seçkilərinin əvvəlcədən müəyyən olunduğu vaxtda keçiriləcəyini bildirib.

ABNA24 Xəbər Verir, Türkiyə Prezidenti rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Partiya) genişləndirilmiş iclasında çıxış edərkən AKP-nin 2023-cü il seçkilərində həm president həm də parlament yerlərini qazanacağını deyib:

“Hələ də “erkən seçkilər, erkən seçkilər” deyirlər. Erkən seçki olmayacaq, 2023-cü ilin iyununda keçiriləcək seçkilərdə həm yenidən prezident olmaq uğrunda mübarizəmizi qazanacağıq, həm də partiyamız parlamentdə çoxluğu əldə etməklə daha bir rekord əldə edəcək”, - deyə Türkiyə Prezidenti bildirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*