?>

Türkiyədə çoxmilliyətli dəniz hərbi təlimləri başlanıb

Türkiyədə çoxmilliyətli dəniz hərbi təlimləri başlanıb

Türkiyənin Muğla əyalətində on ölkənin hərbi qüvvəsinin iştirakı ilə «Şərqi Aralıq-2021» hərbi təlimləri başlanıb.

ABNA24 Xəbər Verir,Türkiyənin dəniz qüvvələri «Şərqi Aralıq-2021» hərbi təlimlərinə komandanlıq edir.

Dünən başlanan hərbi təlimlər noyabrın 12-də başa çatacaq. Təlimlərdə dünyanın on ölkəsindən otuz beş gəmi və beş min qüvvə iştirak edir.

Türkiyə bu təlimlərə özünün F-16 qırıcıları, həmçinin pilotsuzlar, vertolyotlar və hərbi gəmilərini daxil edib.

Hərbi təlimlərdə iştirak edən hərbçilər təbii fəlakətlərə reaksiyanı və humanitar yardımlar üzrə metodları məşq edirlər.

Yayılan məlumatlarda hərbi təlimlərdə iştirak edən ölkələrin adlarına işarə olunmayıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*