?>

Türkiyə Qara dənizdə xarici minatəmizləyən gəmilərin olmasına qarşıdır

Türkiyə Qara dənizdə xarici minatəmizləyən gəmilərin olmasına qarşıdır

Türkiyə xarici minatəmizləyən gəmilərin Qara dənizə daxil olmalarına qarşı çıxıb.

ABNA24 Xəbər Verir ,Ukrayna minalarının Qara dəniz sularına buraxılması Türkiyə üçün başağrısı yaradıb. Türkiyə indiyədək Qara dənizdə üç Ukrayna minasını aşkar və məhv edibdir. Bu minaların olmasından irəli gələn nigarançılıq Türkiyənin dəniz və ticarət gediş-gəlişini təhlükə ilə üzləşdirib.

Türkiyənin müdafiə naziri Hulusi Akar dünən bildirib ki, Ankara buraxılmış Ukrayna minalarının aşkar və məhv edilməsi üçün heç bir xarici minatəmizləyən gəmiyə Qara dəniz sularına daxil olmaq icazəsi verməyəcək.

Montrö boğazlar konvensiyasının önəmini vurğulayan Akar bildirib ki, bu konvensiyanın icrası nəinki Türkiyə, həm də Qara dəniz ətrafındakı bütün ölkələr üçün mühümdür.

Türkiyənin müdafiə naziri vurğulayıb ki, Qara dənizdə müvazinətin pozulmasının qarşısının alınması Türkiyə üçün önəmlidir.

Qara dənizlə Mərmərə dənizi arasında yerləşən Bosfor boğazında üç Ukrayna minası aşkar edilib.

Rusiya bildirib ki, Ukrayna ordusu fevralın 24-də bu ölkədə savaşın başlanmasından sonra Odessa, Utçakov, Çernomorsk və Lujniki limanlarının ətrafına minalar buraxıb. Amma minalar fırtınaya görə, 420 minanı bir-birinə bağlayan kabeldən ayrılıb və küləyin əsməsi və dəniz cərəyanları ilə sərgərdan şəkildə Aralıq və Qara dəniz sularına doğru hərəkət ediblər.

Qara dənizdə bir neçə minanın aşkar edilməsinə rəğmən, Kiyev hələ də Ukrayna limanlarının ətrafına minalar buraxdığını danır.

Türkiyə fevralın 28-də və minaların buraxılması macərasından öncə bildirmişdi ki, Ukrayna savaşı ilə bağlı gərginliklərin şiddətlənməsinin qarşısnı almaq üçün Qara dənizdə Montrö boğazlar konvensiyasının maddələrini diqqətlə icra edəcək. Ankara ölkələrin hərbi gəmilərinə xəbərdarlıq edibdir ki, bu konvensiyanın maddələrinə əsasən, Bosfor və Dardanel boğazlarından keçmək haqları yoxdur.

Bir neçə gün bundan öncə bu ölkənin minaaxtaran gəmiləri, PUA-ları, helikopterləri və təyyarələrinin hazır vəziyyətdə olduqlarına işarə edən Hulusi Akar demişdi ki, lazım gələrsə, sərgərdan minaları aşkar etmək üçün hava qüvvələrinin imkanlarından istifadə ediləcək.

1936-cı il iyulun 20-də bağlanmış Montrö boğazlar konvensiyasına əsasən, Bosfor və Dardanel boğazlarına nəzarət, Türkiyənin öhdəsinə buraxılıb.

Bu konvensiya Türkiyə, Fransa, Bolqarıstan, Yunanıstan, Yaponiya, Yuqoslaviya, Rumıniya və SSSR arasında bağlanıbdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*