?>

Türkiyə prezidenti Etirazçılara xəbərdarlıq edib

Türkiyə prezidenti Etirazçılara xəbərdarlıq edib

Türkiyə prezidenti müxalifət partiyalarına aksiya keçirmələri ilə bağlı xəbərdarlıq edib.

ABNA24 Xəbər Verir, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət partiyalarına xəbərdarlıq edib ki, aksiya keçirəcəkləri təqdirdə, tərəfdarları onlarla 2016-cı ildəki uğursuz çevrilişinin çevrilişçiləri kimi davranacaqlar.

Türkiyə prezidenti hakim Ədalət və İnkişaf Partiyasının iclasında çıxışı zamanı, müxalifət partiyalarının iqtisadi böhranla bağlı hakimiyyəti tənqid etməsindən narazılığını bildirib və müxalifəti demaqoq adlandırıb.

Bu ilin əvvəlində inflyasiyanın artdığı açıqlandıqdan sonra dünən, çərşənbə axşamı lirənin dəyəri daha dörd faiz azalıb və hər bir dollar 13,5 lirəyə bərabər olub. 

Yeni ildə Türkiyənin iqtisadi vəziyyətinə dair yayılan ilk hesabata görə, bu ölkədə inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 36 faizdən çox artaraq son 19 ilin ən yüksək səviyyəsinə çatıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*