?>

Türkiyə lirəsi yenə tənəzzül edib

Türkiyə lirəsi yenə tənəzzül edib

Türkiyənin milli pul vahidi- lirənin dəyəri tənəzzül etməkdə davam edir.

ABNA24 Xəbər Verir, Türkiyə mərkəzi bankı faiz məzənnəsi barədə qərar çıxarmaq üçün cümə axşamı günü keçirilən iclasda bank faizi məzənnəsini iki faiz azaltmaqla 18 faizdən 16 faizə endirib.

Türkiyə mərkəzi bankının bu qərarının elan olunmasından sonra Türkiyə lirəsinin xarici valyutalar qarşısındakı dəyəri daha artıq sürətlə tənəzzül prosesini davam etdirib.

Qeyd edək ki, bu pul vahidi, ötən ay faiz məzənnəsinin bir faiz azalması və Türkiyə mərkəzi bankının üç müavininin gecə ilə dəyişdirilməsindən sonra tənəzzül prosesinə düçar olmuşdu.

Hal-hazırda Türkiyənin valyuta bazarlarında bir ABŞ dolları doqquz tam yüzdə qırx səkkiz Türkiyə lirəsinə dəyişdirilir ki, bu da Türkiyə tarixində ən yüksək miqdardır.

Türkiyənin iqtisadi ekspertləri ötən ay lirənin faiz məzənnəsinin bir faiz azalmasının ağır nəticələrinə işarə ilə bu günkü iki faizlik azalmanı əsaslandırıla bilməz bir hərəkət hesab edirlər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*