?>

Türkiyə ilə Yunanıstan arasında gərginlik artıb

Türkiyə ilə Yunanıstan arasında gərginlik artıb

Türkiyə mediaları yunan qırıcılarının Türkiyənin kəşfiyyat gəmisinə həddən artıq yaxınlaşmaları nəticəsində Egey dənizində Ankara ilə Afina arasında yaranmış gərginlikdən xəbər veriblər.

ABNA24 Xəbər Verir, Türkiyə mediaları bildiriblər ki, Yunanıstanın F-16 tipli dörd qırıcısı Egey dənizində fəaliyyət göstərən «Çeşmə» kəşfiyyat gəmisinə yaxınlaşaraq, gəminin min metrliyində manevr keçirib. Bu hərəkət Türkiyənin müstəvisindən təhrikedici bir hərəkət hesab olunur.

Yunanıstan qırıcıları bu davranışı Egey dənizinin şimal bölgəsində-beynəlxalq sularda göstəriblər. Amma Türkiyənin müdafiə nazirliyi bildiribdir ki, yunan qırıcılarının bu hərəkətinə lazımi cavabı verəcəkdir.

Ankara ilə Afina arasındakı ixtilaflar son aylar artıbdır. Bu istiqamətdə Yunanıstan öz hərbi büdcəsini beşqat artıraraq, Fransadan daha çox qırıcı satın alıbdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!