?>

Türkiyə ilə münasibətlərin normallaşdırılmasında Rusiya vasitəçilik etsin

Türkiyə ilə münasibətlərin normallaşdırılmasında Rusiya vasitəçilik etsin

Ermənistanın Türkiyə ilə öz münasibətlərini normallaşdırmaq üçün vasitəçilik təklifi ilə Rusiyaya müraciət etdiyi bildirilir.

ABNA24 Xəbər Verir, Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib ki, İrəvan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində vasitəçilik üçün Moskvaya müraciət edib.

Vaan Unanyanın sözlərinə görə, Ermənistanın bir sıra tərəfdaşları, o cümlədən Rusiya bu məsələdə vasitəçilik üçün hazır olduqlarını bildiriblər. Ermənistan isə Kremlə müraciət edib.

“Biz Rusiyanı məlumatlandırdıq ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə başlamağa hazırıq”, - deyə o qeyd edib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*