?>

Türkiyə Ermənistanla münasibətlərin inkişafını gözləyir

Türkiyə Ermənistanla münasibətlərin inkişafını gözləyir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Efkan Ala deyib: “Biz Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Azərbaycanla əməkdaşlıq edirik”.

ABNA24 Xəbər Verir , cənab Ala bildirib ki, Ermənistanla münasibətlərin normallaşması prosesi çərçivəsində görüşlər davam edir.

"Xüsusi nümayəndələrin görüşləri baş tutub. Biz münasibətlərin yaxşılaşmasını gözləyirik. Ümid edirəm ki, qarşı tərəf də buna diqqət yetirir. Təkcə iki ölkə üçün deyil, regionun bütün dövlətləri üçün faydalı nəticələr əldə olunacaq", - deyə AKP sədrinin müavini bildirib.

Qeyd edək ki, mayın 3-də Vyanada Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və səfir Sərdar Kılıçın üçüncü görüşü baş tutub. Xüsusi nümayəndələr təsdiqləyiblər ki, danışıqların yekun məqsədi Ermənistan və Türkiyə arasında yanvarın 14-də Moskvada keçirilən ilk görüşdə razılaşdırılan müddəaların icrasıdır.

Normallaşma prosesinin başladığını 2021-ci il dekabrın 13-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu elan edib. Eyni zamanda o, Ankaranın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlarla bağlı Azərbaycanla koordinasiyalı hərəkət edəcəyini vurğulayıb.

İrəvan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Ermənistanla Azərbaycan arasında gedən proseslərlə əlaqələndirilməsini qeyri-konstruktiv hesab edir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*