?>

Türkiyə, Amerika və Rusiya silahlarının qarşıdurma nöqtəsi!

Türkiyə, Amerika və Rusiya silahlarının qarşıdurma nöqtəsi!

Rusiyadan S-400 zenit-raket kompleksinin alınması iki ildən artıqdır ki, Türkiyəni Şimali Atlantika Alyansı Təşkilatı NATO və ABŞ-ın etirazları və təzyiqlərinə məruz qoyub.

ABNA24 Xəbər Verir,F-35 qırıcılarının birgə istehsalı proqramından kənarlaşdırma, KAATSA qanunu çərçivəsində müdafiə sənayesinə və işçilərinə qarşı sanksiyalar və 100 ədəd F-35 qırıcılarının alınması üçün ödənilən 1,4 milyard dolların bloklanması ABŞ və Türkiyənin Qərb müttəfiqlərinin onu cəzalandırmaq üçün variantları sırasındadır. 

Bu elə bir haldadır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə G-20 sammiti çərçivəsində amerikalı həmkarı Co Baydenlə ilk ikitərəfli görüşündə F-35 məsələsinə son qoyacağını vəd edib.

O, əlavə edib: "Amerikalılar ya təyyarələri verməlidirlər, ya da Türkiyənin pulunu qaytarmalıdırlar".

Məlumata əsasən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ABŞ-ı alınan təyyarələri təhvil verməkdən imtina etdiyi üçün hədələyib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*