?>

Trampın tərəfdarları və müxalifləri toqquşublar

Trampın tərəfdarları və müxalifləri toqquşublar

ABŞ prezidentinin tərəfdarları ilə müxaliflərindən bir qrupu Vaşinqtonda toqquşublar.

ABNA24 Xəbər Verir, toqquşma şənbə günü axşam Vaşinqtonun BLM meydanında baş verib.

Amerika medialarının bildirdiklərinə görə, Trampın tərəfdarları və müxalifləri bir-birilərinə tərəf tüstülənən bombalar və təhlükəli əşyalar tullamaqla bərabər, gözyaşardıcı qaz işlədiblər.

Polis qüvvələri onları bir-birilərindən ayırmağa cəhd ediblər.

ABŞ ordusu akademiyasında keçirilən bir amerikan futbol yarışına tamaşa etməyə vertolyotla gedən Tramp da yolda tərəfdarlarının aksiyasına baxıb.

Bu küçə qoşunkeşliyi Amerika Ali Məhkəməsinin Texas ştatının və Trampın seçki qərargahının Corciya, Miçiqan, Pensilvaniya və Viskansin ştatlarında seçki nəticələrinin ləğv edilməsinə dair ərizəsini rədd etməsindən bir gün sonra həyata keçirilib.

Bu dörd əsas ştatın hamısında Bayden seçkilərin qalibi elan olunubdur.

ABŞ prezident seçkiləri noyabrın üçündə keçirilib. Mediaların hesablamalarına görə, demokrat partiyasının namizədi Co Bayden 306 elektral səs toplayaraq, bu seçkilərdə qalib gəlibdir.

Tramp isə indiyədək prezident seçkilərində məğlub olmasını qəbul etməyib və hələ də seçkilərdə saxtakarlıq məsələsini irəli sürür.

Trampın seçki qərargahı və respublikaçılar partiyasının Amerika prezident seçkilərində müxtəlif ştatlarda saxtakarlığın baş verməsi haqda çox sayda şikayəti indiyədək yetərincə fakt təqdim edilmədiyi üçün nəticəsiz qalıbdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*