?>

Trampın sözləri ürək bulandırır!

Trampın sözləri ürək bulandırır!

Demokratların prezident seçkilərindəki namizədi Trampın hərbçilər haqda səsləndirdiyi fikirlərin ürəkbulandıran olduğunu dedi.

ABNA24 Xəbər Verir, Co Bayden bunu prezident Trampın hərbçilər barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. 

Delavera Ştatında, Uilminqton şəhər sakinləri qarşısında çıxışı zamanı Trampın ABŞ hərbçilərinin ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə münasibət bildirən Co Bayden deyib: Əgər bu barədə yazılanlar doğrudursa, bu, ürəkbulandırıcıdır. Tramp ABŞ prezidentliyinə və silahlı qüvvələrin ali baş komandanlığına layiq deyil. 

Atlantik nəşrinin yazdığına görə Tramp orduya qoşulanları daha gəlirli peşə seçmək əvəzinə hərbçi olmaq qərarına gəldikləri üçün axşmaq adlandırıb. 

Co Bayden çıxışının davamında koronavirus infeksiyasının ölkədə sürətlə yayılmasına işarə edərək, deyib: Heç şübhəsiz "covid-19" ilə mübarizədə Tramp səhlənkarlıq və bacarıqsızlıq nümayiş etdirib. Elə buna görədir ki, koronavirus infeksiyası ölkənin hər yerinə yayılıb. Amma, Tramp hələ də tərslik edir və mövqeyini dəyişmək istəmir. Bunun nəticəsidir ki, digər inkişaf etmiş ölkələr ilə müqayisədə Birləşmiş Ştatlarda pandemiya dövründə işsizlik iki dəfə daha çox artıb. Amma, bütün bunlar Tramp üçün əhəmiyyətsizdir. Çünki, yaranmış vəziyyətin özü və dostları üçün zərərli olmadığını düşünür. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!