?>

Tramp qudası barədə əfv qərarı imzalayıb

Tramp qudası barədə əfv qərarı imzalayıb

ABŞ prezidenti Donald Tramp adları Rusiya ilə bağlı istintaq işində hallanan 25 nəfəri, o cümlədən kürəkənin atası barədə xüsusi əfv qərarı imzalayıb.

ABNA24 Xəbər Verir, bu barədə Ağ ev yazılı açıqlama yayıb.

Bildirlib ki, dekabrın 23-də Donald Tramp 20 nəfər barəsində əfv qərarı imzalamışdı. 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı cinayət işi üzrə istintaqa cəlb olunan Corc Papadopulos və Aleks van der Zvaanın da adları bu siyahıdadır.

Dekabrın 24-də isə 2016-cı ilin prezident seçkilərində D.Trampın seçki kampaniyasına müşavirlik edən Pol Manafort və Rocer Stoun da daxil olmaqla 26 nəfər əfv olunub.

Kürəkəni Cared Kuşnerin atası Çarlz Kuşner də əfv edilənlər arasındadır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*