?>
Qarabağ İslam Torpağıdır

Torpaqların alınması üçün gedən cavanların tərbiyyəsində İmam Hüseyn Məktəbinin haqqı vardır – Video

Qırx dörd günlük müharibədə qazanılan qələbə, hansısa dövlətlərin və yaxud beynəlxalq təşkilatların apardığı siyasi danışıqlar və müzakirələrin nəticəsi deyildir. Əksinə Azərbaycan Şiə xalqının ayıqlığı, Bədr, Ühüd, Cəməl, Siffeyn, və Kərbəla kimi döyüşlərdə igidlik, fədəkarlıq ilə təqva və imanı bir yerdə cəmləşdirən məsum sərkərdələri özlərinə örnək bilməklərinin nəticəsi idi...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İslam Torpaqlarının ayrılmaz parçası olan Azərbaycan Respublikasına qarşı işğalçı Ermənistan qüvvələri tərəfindən başladılan İkinci Qarabağ Müharibəsində Azərbaycan Silahlı Qüvvələri döyüşlərdə göstərdikləri qorxmazlıqları, dinə bağlılıqları və bacarıqları ilə dünya xalqlarının yaddaşlarına hək oldular.

Azərbaycan Respublikasının Ordusunun üstün cəhəti də məhz orduda olan bir çox hərbiçilərin Allah Təalaya olan bağlılıqları, Peyğəmbər (səllaəllahu əleyhi və alih) və Onun Pak Əhli Beytinə (əleyhimus-səlam) olan itaətkarlıqları idi...

Azərbaycan hərbiçiləri müharibə zamanı Şəhidlər Ağası, həzrət İmam Hüseyndən (əleyhi səlam) və Quran Kərimdən ilhamlanaraq düşmən qüvvəsinin üzərinə Allahu Əkbər!, Ləbbeykə Ya Hüseyn! nərələri ilə hücum çəkir, düşməni geri qaçmağa və məğlub olmağa vadar edirdilər...

Əslində bu qələbə, hansısa dövlətlərin və yaxud beynəlxalq təşkilatların apardığı siyasi danışıqlar və müzakirələrin nəticəsi deyildir. Əksinə Azərbaycan Şiə xalqının ayıqlığı, Bədr, Ühüd, Cəməl, Siffeyn, və Kərbəla kimi döyüşlərdə igidlik, fədəkarlıq ilə təqva və imanı bir yerdə cəmləşdirən məsum sərkərdələri özlərinə örnək bilməklərinin nəticəsi idi...

Müşahidə edəcəyiniz videoda, Yeddinci İmam həzrət Musayi Kazımın (əleyhi səlam) qızı Xanım Bibi Heybətin (səlamullahi əleyha) pak hərəmində yerləşən Bibi Heybət (səlamullahi əleyha) Məscidinin Axundu. Hacı Mir Rahib Babayev verdiyi açıqlamasında da bu məsələni vurğulayır ki, “...Bu Şəhidlik məqamına ucalması, cəsarətlə torpaqlarımızın azad olması üçün gedən cavanlarımızın tərbiyyəsində İmam Hüseyn (əleyhi səlam) Məktəbinin haqqı var. Çünki Azərbaycanmilləti, Azərbaycan dövlətininin nümayəndələri, cavanları, deyərdim ki, 90%-i İmam Hüsyen (əleyhi səlam) Məktəbinin davamçılarıdır, İmam Hüseyn (əleyhi səlam) Məktəbindən bəhrələnən, Xanım Zeynəbin (səlamullahi əleyha), Xanın Fatimənin (səlamullahi əleyha) Məktəbindən bəhrələnən cavanlarımızdır, ailələrimizdir. Allah onlara rəhmət eləsin, qəbirləri nurla dolsun!...”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*