?>
Qarabağ İslam Torpağıdır

Torpaqlarımızı işğaldan azad edən Hüseynçi Şəhid zabitimiz, leytenant Rusif Kazımov – Video

Rusif Kazımov 29 mart 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Əhli Beyt (əleyhimus səlam) sevər ailədə böyüyüb başa çatmışdır. Ali Hərbi Məktəbi bitirdikdən sonra hərbidə kəşfiyyatçı işləmişdir. Kəşfiyyatçı kimi cəbhənin bir çox istiqamətində əməliyyatlar icra etmişdir. 5 noyabr 2020 tarixində Laçın istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlmişdir


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İkinci Qarabağ Müharibəsində canla-başla vuruşan Hüseynçilərdən biri də Leytinant Rusif Kazımovdur.

Rusif Kazımov 29 mart 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Əhli Beyt (əleyhimus səlam) sevər ailədə böyüyüb başa çatmışdır. Şəhid Eldəniz Yusubov adına Uzuntəpə kənd 1 nömrəli məktəbda təhsil almış. Daha sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Hərbi liseyi bitirdikdən sonra hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdir. Məzun olduqdan sonra leytenant rütbəsi ilə ordu sıralarında kəşfiyyatçı kimi xidmətə başlamışdır.

Rusif Vətən İkinci Qarabağ Müharibəsinin ilk günlərindən döyüşlərə qatılmışdır. Kəşfiyyatçı kimi cəbhənin bir çox istiqamətində əməliyyatlar icra etmişdir. 5 noyabr 2020 tarixində Laçın istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlmişdir. Cəlilabad rayon Uzuntəpə kənd qəbristanlığında dəfn edilmişdir.

15 dekabr 2020 tarixdə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq imzaladığı Sərəncamına əsasən bir sıra hərbi qulluqçular o cümlədən Kazımov Rusif Yusif oğlu – leytinant (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*