?>
Qarabağ İslam Torpağıdır

Torpaqlarımızı azad edən İmam Hüseyn Ordusu, aldıqları ərazilərdə Azan verirlər – Video

Əslində bu qələbə, hansısa dövlətlərin və yaxud beynəlxalq təşkilatların apardığı siyasi danışıqlar və müzakirələrin nəticəsi deyildir. Əksinə Azərbaycan Şiə xalqının ayıqlığı, Bədr, Ühüd, Cəməl, Siffeyn, və Kərbəla kimi döyüşlərdə igidlik, fədəkarlıq ilə təqva və imanı bir yerdə cəmləşdirən məsum sərkərdələri özlərinə örnək bilməyi, xususən də Polad Həşimov və onun igid dostları kimi şəhidlərin şəhadətinin bərəkəti və əzizlərimizin şəhid olmalarından qəzəblənmiş xalqımızın səhnəyə qəlməsi və öz etirazını bildirməsinin nəticəsi idi...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, 2020-ci ilin 27 Sentyabr ayından bəri başlayaraq 44 gün davam edən İkinci Qarabağ Müharibəsində Azərbaycan Respublikasının Şiələri canla-başla vətənin keşiyində durdular.

Dindar təbəqənin üzüvləri olan kərbalayılar, məşhədilər və hacılar gecə-gündüz pozğunçuluğu, şəhvət düşkünlüyünü, əxlaqsızlığı və dünyapərəstliyi Azərbaycan Xalqının beyninə yeritməyə çalışan oliqarxlar, ateistlər, manıslar və s-dən fərqli olaraq silaha sarındılar və vətənin keşiyində durmağı və işğal olunmuş ərazilərimizi erməni düşmən qüvvələrinin caynağlarından azad etməyi özlərinə həm şəri həm də vətəndaş hüququ bildilər.

30 ilə yaxın idi ki, erməni vəhşiləri əlində işğalda qalan Qarabağ başda olmaqla daha 7 rayonumuz, türbələr, məzarlıqlar, müqəddəs məkanlarımız, donuz tövləsinə çevrilmiş Məscidlər və Mədrəsələrimiz və s. mədəni və maarif ocaqlarımız bu 44 günlük müharibədə məhz İmam Hüseyn (əleyhi səlam) aşiqlərinin bacarıqlı əlləri ilə geri qaytarıldı...

Öz Xalqının rifahı üçün minlərlə Əhli Beyt (əleyhimus-səlam) Məktəbinin davamçıları şirin canlarından keçərək uac Şəhidlik məqaına nail oldular. Minlərlə Şiə balası isə bu müqəddəs yolda müxtəlif fiziki və pisxoloji zədələr alaraq yaralandılar və Qazilik məqamına ucaldılar. Bütün bunlar onlar üçün baldan da şirin idi. Çünki onların İmam Əli ibn Əbu Talib, İmam Həsən və İmam Hüseyn (əleyhimus səlam) kimi iqtida edəcəyi örnəkləri vardır...

Əslində bu qələbə, hansısa dövlətlərin və yaxud beynəlxalq təşkilatların apardığı siyasi danışıqlar və müzakirələrin nəticəsi deyildir. Əksinə Azərbaycan Şiə xalqının ayıqlığı, Bədr, Ühüd, Cəməl, Siffeyn, və Kərbəla kimi döyüşlərdə igidlik, fədəkarlıq ilə təqva və imanı bir yerdə cəmləşdirən məsum sərkərdələri özlərinə örnək bilməyi, xususən də Polad Həşimov və onun igid dostları kimi şəhidlərin şəhadətinin bərəkəti və əzizlərimizin şəhid olmalarından qəzəblənmiş xalqımızın səhnəyə qəlməsi və öz etirazını bildirməsinin nəticəsi idi...

Bu, böyük İlahi bir töfhə idi! Çünki şanlı Azərbaycan Xalqının igid və qeyrətli oğulları “Allahu Əkbər!”, “Ya Əli! Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli! Kimdir Axı Erməni!” kimi şüarlar ilə düşmən üzərinə şığıyıb torpaqları azad edirdilər. Hər bir qarış torpaqlarımızı düşmənin işğalından azad edən hərbiçilərimiz orada Azan verir, namaz qılır və oruclar tutur, xalqımıza və vətənimizə dualar edirdilər. Həqiqətən də onlar Allah Qatında nicat tapan bəndələrdən idilər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!