?>

Tokayev: Qazaxıstanda sülhməramlıların missiyası uğurlu olub

Tokayev: Qazaxıstanda sülhməramlıların missiyası uğurlu olub

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları bu gündən başlayaraq Qazaxıstandan çıxarılır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

ABNA24 Xəbər Verir, Tokayev Qazaxıstanda vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayan sülhməramlıların missiyasını çox uğurlu addım kimi qiymətləndirib: "Mənim müvafiq ölkələrin rəhbərləri ilə danışıqlarım oldu. Fürsətdən istifadə edərək, bu bir neçə gün ərzində görülən işlərə görə kontingentin komandanlığına minnətdarlığımı bildirmək istəyirəm".

Qeyd edək ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Təhlükəsizlik Şurasına Tokayev özü başçılıq edib. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb. Bunun ardınca isə KTMT-dən yardım istəyib və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.

BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.

Bu arada cümə axşamı Almatı və Jambil rayonları istisna olmaqla,Qazaxıstanın bütün bölgələrində antiterror əməliyyatının başa çatdığı  və terror təhlükəsinin kritik “qırmızı” səviyyəsinin ləğv edildiyi bildirilir.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti bu haqda məlumat yayaraq xəbər verib ki, cari dövr üçün Qazaxıstanın 14 rayonunda vəziyyət sabitləşib. Bu səbəbdən Terrorla Mübarizə üzrə Respublika Operativ Qərargahı antiterror əməliyyatının başa çatması və Nur-Sultan, Çimkent, Akmola, Aktobe, Şımkent, Atırau, Şərqi Qazaxıstan, Qərbi Qazaxıstan, Qaraqanda, Qızılorda, Kostanay, Mangistau, Pavlodar, Şimali Qazaxıstan və Türküstan  şəhərlərinin ərazilərində terror təhlükəsinin kritik “qırmızı” səviyyəsi ləğv edilmişdir. 

Qazaxıstan hökuməti müxaliflərə qarşı həyata keçirdiyi tədbirlərini antiterror əməliyyatı adlandırır. 

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*