?>

Tofiq Zülfüqarov: Şimal-Cənub dəhlizi daşımaların həcmini xeyli artıracaq

Tofiq Zülfüqarov: Şimal-Cənub dəhlizi daşımaların həcmini xeyli artıracaq

Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri Şimal-Cənub Tranzit Koridorunun İranla Azərbaycan arasında yük daşımalarını xeyli artıracağını vurğulayıb.

ABNA24 Xəbər Verir, Bakıda İRNA Xəbər Agentliyinin müxbirinə müsahibə verən sabiq XİN başçısı Tofiq Zülfüqarov Şimal-Cənub Beynəlxalq Tranzir Koridoru layihəsini Tehran ilə Bakının ən mühüm iqtisadi layihələrindən biri adlandırıb və deyib: Bu dəhlizin tamamlanması və Astara dəmir yolunun tikintisi iki ölkə arasında nəqliyyatın və tranzitin artımını əhəmiyyətli dərəcədə stimullaşdıracaq.

Onun fikrincə, Şimal-Cənub və Zəngəzur dəhlizlərinin fəaliyyət göstərməsi Azərbaycan Respublikası və İran, eləcə də Şimal-Cənub dəhlizi boyunca yerləşən ölkələr üçün böyük iqtisadi fayda verəcək.

Zülfüqaraov İran və Azərbaycan Respublikasının tarixi, etnik, dini və mənəvi əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı marağına toxunaraq əlavə edib: Prezident Seyid İbrahim Rəisinin rəhbərlik etdiyi hökumət və rəsmi Bakı iqtisadi əməkdaşlığı daha da genişləndirmək əzmindədirlər.

 Azərbaycanın keçmiş xarici işlər naziri sonra İran İslam Respublikasının Fars körfəzi ilə Qara dəniz arasında nəqliyyat marşrutunun açılması təşəbbüsü ilə bağlı deyib: “Məncə, Rəşt-Astara dəmir yolu xətti tamamlanarsa, bu, çox münasib marşrutdur. Əslində nəqliyyat marşrutları nə qədər çox olsa, bir o qədər yaxşıdır. Azərbaycan Respublikasının keçmiş rəsmisi söhbətinin davamında bu ölkənin işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasını işində İran şirkətlərinin iştirakını vaciv sayaraq bunun üçün yaxşı perspektiv olduğunu qeyd edib.”

Zülfüqarov həmçinin Azərbaycan Respublikasının İran İslam Respublikası ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayaraq deyib: İran İslam Respublikasının xarici siyasətinin əsas prioritetlərindən biri də qonşu ölkələrlə əməkdaşlığın daha yüksək səviyyədə olmasıdır. Bu hər iki tərəf üçün faydalı ola bilər. Bu istiqamətdə çox sevindirici haldır ki, İranın yeni hökuməti iki ölkə arasında anlaşılmazlıqları tez bir zamanda həll etmək üçün hərəkətə keçərək əməkdaşlığın genişləndirilməsinə zəmin yaratdı.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*