?>
Qüds Fələstinin Paytaxtı Olaraq Qalacaq!

Terrorçu sionist rejimi Əqsa Məscidində namaz qılan fələstinlilərə hücum etdi – Foto

Qırmızı Aypara Cəmiyyəti Qüds Günü gecəsində terrorçu sionist rejim qüvvələri tərəfindən Əqsa Məscidində törədilən qanlı hadisə zaman zərər çəkənlərin sayını 205 nəfər olduğunu bildirmişdir. Hal şahidləri olan bir neçə Məscid xadimi və jurnalistlər bildiriblər ki, baş verən vəhşiliklər zamanı onlarla fələstinli yaralı vəziyyətinin və aldığı yaraların ağırlığından xəstəxanaya yerləşdiriliblər.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, dünyanın dörd bir tərəfindən axışıb gələrək Fələstin torpaqlarını işğal edən və burada qondarma İsrail adlı terror dövlətini yaradan yəhudilərin məzlum Fələstin xalqına qarşı terror əməliyyatları səngimir.

Ramazan Ayının son Cümə günü Qüds Günündə qaniçən sionist rejiminin işğalçı qüvvələri Əqsa Məscidinə silahlı hücuma keçiblər. Yəhudi terrorçuları Əqsa Məscidində namaz qılan və oruc tutan fələstinlilərə qarşı müxtəlif silahlardan istifadə ediblər. Qansız sionist yəhudi qüvvələri Əqsa Məscidinə daxil olaraq, namaz qılanlara qarşı səs bombası, zəhərli qaz bombalarından istifadə ediblər. Onlarla məzlum fələstinli ağır yaralanmışdır.

Qırmızı Aypara Cəmiyyəti Qüds Günü gecəsində terrorçu sionist rejim qüvvələri tərəfindən Əqsa Məscidində törədilən qanlı hadisə zaman zərər çəkənlərin sayını 205 nəfər olduğunu bildirmişdir.

Hal şahidləri olan bir neçə Məscid xadimi və jurnalistlər bildiriblər ki, baş verən vəhşiliklər zamanı onlarla fələstinli yaralı vəziyyətinin və aldığı yaraların ağırlığından xəstəxanaya yerləşdiriliblər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*