?>

Tale Bağırzadə və İlqar İbrahimoğlu açıqlama veriblər

Tale Bağırzadə və İlqar İbrahimoğlu açıqlama veriblər

İslamçı qüvvələr siyasi fəal Tofiq Yaqublunun müdafiəsinə qalxaraq açıqlama ilə çıxış ediblər.

ABNA24 Xəbər Verir, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Qobustan həbsxanasından Facebook vasitəsilə verdiyi açıqlamada bildirib: “Demokratiya düşüncəsinin növbəti dəfə hakimiyyət tərəfindən əzilməsi mövcud rejimin siyasətinin əsl siması olaraq nümayiş olundu. Bu günlər Qarabağ qazisinin ölümlə mücadiləsi vicdanlı hər kəsin varlığını silkələyən bir hadisə haqlı olaraq narahatlıqla qarşılanmaqdadır. Saleh Rüstəmlinin azadlıq haqqı olduğu mücadiləsində ona dəstək olanlara qarşı qəddar davranış isə heç bir normativə sığmır. Xüsusi olaraq Tofiq Yaqublunun amansızlıqla zorakılığa məruz qalması bir daha hakimiyyətin xalqa qarşı yarıtmaz siyasətinin təzahürüdür.”

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi DEVAMM sədrinin isə Facebook üzərindən verdiyi açıqlamada bildirilir: “İstər Saleh Rüstəmovun azad edilməməsi, istərsə də 1 dekabrda aksiya zamanı Tofiq Yaqubluya qarşı amansız davranış, birmənalı olaraq ölkəmizin zərərinədir. Xüsusilə də, hal-hazırda - Qarabağ qələbəmizin geopolitik müstəvidə həzm olunmasına nail olunması üçün bütün səylərin səfərbər olunduğu bir zamanda”-, deyə İlqar İbrahimoğlu yazıb.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*