?>

Təl-Əvivin fələstinli məhbusların yenidən qaçmasının qarşısını almaq üçün 2,5 milyon dollar xərcləyir

Təl-Əvivin fələstinli məhbusların yenidən qaçmasının qarşısını almaq üçün 2,5 milyon dollar xərcləyir

Sionist rejim portalı bildirib ki, bu rejim ordusu həbsxanalarının təhlükəsizliyini artırmaq üçün 2,5 milyon dollarlıq layihəyə start vermək niyyətindədir.

ABNA24 Xəbər Verir,sionist rejimin "Maariv" portalı bildirib ki, sionist rejim ordusunun mühəndislik və quruculuq sektoru keçən ay altı fələstinli məhbusun qaçmasından sonra həbsxanaların təhlükəsizliyini artırmaq qərarına gəlib və bunun üçün səkkiz milyon "şekel" dəyərində layihə planlaşdırıb.

Portalın məlumatına əsasən, layihə məhbusların gələcəkdə qaçmasının qarşısını almaq üçün həbsxana barmaqlıqlarının gücləndirilməsini və onun dəstək vəziyyətinin yaxşılaşdırılmasını əhatə edir.

"Maariv"in məlumatına görə, yaxın günlərdə sionist həbsxanalarının mühəndislik xəritələri hazırlanacaq və bundan sonra mühəndislik şöbəsi fəaliyyətə başlayacaq.

Bu layihədə, fələstinli məhbusların qaçmasının qarşısını almaq üçün həbsxanaların təhlükəsizliyinin artırılması və arzu olunan standartlara çatması üçün müxtəlif ekspertlər iştirak edəcək.

Sentyabrın 6-da 6 fələstinli məhbus işğal altındakı İordan çayının qərb sahilindən 4 km aralıda yerləşən və güclü şəkildə qorunan "Gilbao" həbsxanasından qaçmağa müvəffəq oldular, lakin bir neçə gün sonra yenidən həbs edildilər.

Bundan sonra fələstinlilər İordan çayının qərb sahilində və işğal olunmuş Şərqi Qüdsü küçələrə çıxaraq, fələstinli məhbuslarla həmrəylik nümayiş etdirib, onların həbsinə etiraz etdilər. 

Fələstinli əsirlər və azadələrin işləri üzrə təşkilatın statistikalaraına görə, sionist rejim həbsxanalarında 225-i uşaq və 41-i qadın olmaqla 4 min 850 fələstinli saxlanılır ki, onlardan 540-ı inzibati həbsdədir.

342*/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*