?>

"Təl-Əvivin atəşkəsi sabitləşdirmək üçün fürsəti sona çatır"

Fələstin müqavimət qrupları Misirin vasitəçiliyi ilə Təl-Əvivə sərt nota verib və atəşkəs rejimini sabitləşdirmək üçün möhlətin sona çatdığını bildirərək, bu rejimin öhdəliklərinə əməl etmədiyi təqdirdə toqquşmaların yenidən başlayacağını bildiriblər.

ABNA24 Xəbər Verir, Fələstin müqavimət qrupları ilə sionist rejim arasında son toqquşmalar 12 gün sürdü və nəhayət Misirin vasitəçiliyi ilə atəşkəslə nəticələndi. 

"Əl-Əxbar" qəzetinin məlumatına görə, Misir nümayəndə heyəti üçüncü dəfə olaraq, bazar günü Fələstin müqavimət qrupları ilə görüşmək və atəşkəslə bağlı məsləhətləşmələri tamamlamaq üçün Qəzzə zolağına daxil olub. Bu elə bir haldadır ki, sionist rejimin xüsusuilə də Qüds, Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsində təhrikedici hərəkətləri fonunda Fələstin müqavimət qrupları, müqavimət tədbirlərini yenidən başlayacaqları ilə hədələyiblər".

Qəzetin yazdığına görə, müqavimət qrupları Misirin vasitəçiliyi ilə sionist rejimə sərt nota verib və xəbərdarlıq ediblər ki, atəşkəs rejimini sabitləşdirilmək üçün verilən möhlət, sionist rejimin öz öhdəliklərinə əməl etmədən sona çatmaq üzrədir və bu məsələ müqavimət qruplarını yenidən qarşıdurmaya sövq etdirir. 

Məlumatın davamında deyilir: Fələstin müqavimət qrupları, həmçinin Qəzzəyə istənilən təcavüzün oxşar cavabla üzləşəcəyini bildirib və xüsusilə də bəzi sionist tərəflərin raketlərin və yandırıcı şarların atılması məsələsində öz istəklərini qəbul etdirməyə çalışdıqları ilə bağlı xəbərdarlıq ediblər. Misir isə cavabda Təl-Əvivə müqavimət başçılarını terror etmək cəhdləri barədə xəbərdarlıq etdiyini söyləyib. 

Əl-Əxbar əlavə edib: "Misir nümayəndə heyəti HƏMAS-ın başçılarına əsirlərin mübadiləsi üçün danışıqları bərpa etməyi təklif edib, HƏMAS bu məsələni alqışlayıb, lakin sionist rejimin üç əsirinin azad edilməsi üçün müqavimətin tələb etdiyi vəsaiti ödəməkdən imtina etdiyini bildirib".  

Qeyd edək ki, son qarşıdurmalarda Fələstinin işğal olunmuş ərazilərinə təxminən 4 min raket atılıb və bu rejimə ağır xəsarətlər yetirilib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*