?>
Qarabağ İslam Torpağıdır

Təkbir və Ləbbeykə Ya Hüseyn! sədaları ilə Cəbrayılı azad edən və bu döyüşdə Şəhid olan XTD-lar – Video

Aşağıda müşahidə edəcəyiniz videoda Cəbrayıl şəhərini yenicə alan Xüsusi Təyinatlı Qüvvələr Cəbrayıl şəhərinin televiziya qülləsinin yanında dayınıb, Allahu Əkbər! sədaları ilə şəhərin erməni işğalından azad edildiyini bildirirlər...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İkinci Qarabağ Müharibəsində Azərbaycan Şiə Xalqının qeyrətli oğulları 30 ilə yaxın cansıxıcı məğlubiyyətə son qoyub, Allah Təalanın izni ilə şanlı qələbəni xalqımıza qazandırdılar...

Bu döyüşlərdə 3000-dən çox igidlərimiz Şəhid oldu, minlərlə hərbiçi və sivil insanlar yarımcan olub qazilik məqamına ucaldı. Havaların isti, soyuq, qarlı, yağışlı keçməsinə fikir verməyən, ac, susuzqalmaqlarına baxmayaraq öz vəzifeyi borclarını yerinə yetirir, İslam Torpaqlarının bütövlüyü uğrunda Vətənin keşiyində dururdular.

Onlar döyüşlərə girdikləri zaman “Allahu Əkbər!”, “Ya Əli! Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli! Kimdir Axı Erməni!” kimi şüarlar ilə düşmən üzərinə şığıyıb torpaqları azad edirdilər. Hər bir qarış torpaqlarımızı düşmənin işğalından azad edən hərbiçilərimiz orada Azan verir, namaz qılır və oruclar tutur, xalqımıza və vətənimizə dualar edirdilər.

Azərbaycan Xalqının igid və qeyrətli oğullarından biri də Azərbaycan Xüsusi Təyinatlı Dəstələridir. İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad etdilər. Müharibədəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilmişdir. 44 günlük müharibədə Xüsusi Təyinatlı Qüvvələr döyüşlərin önündə gedən taborladan biri idi. Məhz onların aktivliyi və cəsurluğu sayəsində alınmaz qala olan Şuşa cəmi yarım günə azad edildi...

Aşağıda müşahidə edəcəyiniz videoda Cəbrayıl şəhərini yenicə alan Xüsusi Təyinatlı Qüvvələr Cəbrayıl şəhərinin televiziya qülləsinin yanında dayınıb, Allahu Əkbər! sədaları ilə şəhərin erməni işğalından azad edildiyini bildirirlər...

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*