?>
Qarabağ İslam Torpağıdır

Şuşanı azad edən Hüseynçi hərbiçimiz “Yuxarı Gövhər Ağa Məscidi”ni Allaha həmd-səna edə-edə ziyarət edir- Video

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının əraziləri işğal edildikdən sonra bu ərazilərdəki Məscidlər, o cümlədən Yuxarı Gövhər Ağa Məscidi erməni vandaliziminə məruz qalmışlar... Bununla bağlı Azərbaycan Respublikası 2010-cu ildəki razılaşmaya əsasən qonşu qardaş İran İslam Respublikasından erməni işğalı altında olan Məscidlərin bərpa edilməsini istəmişdir. Razılaşmaya əsasən də, İran İslam Respublikası bir-neçə ildən sonra Şuşadakı Yixarı Gövhər Ağa Məscidinin bərpa işlərinə başlamış və qismən tamamlamışdır...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, işğalçı sionist İsrail rejimi, ABŞ, Qərb İttifaqı və Rusiyanın dəstəyi ilə, xristian Ermənistan işğalçı respublikasının 98%-ni Müsəlmanlar təşkil edən Azərbaycan Respublikası əleyhinə başlatdığı İkinci Qarabağ müharibəsində Hüseynçi əsgər və zabitlərimiz şirin canlarından keçərək torpaqlarımızı geri almağa nail olmuşlar...

Təbii ki, Azərbaycanın şücaətli igidlərinin döyüşlərdə böyük rəşadətlik göstərmələri məhz İmam Hüseyn (əleyi səlam) Məktəbindən aldıqları tərbiyədən irəli gəlirdi...

Onlar, Allah Təalaya olan bağlılığı, Peyğəmbər (səllaəllahu əleyhi və alih) və Onun Pak Əhli Beytinə (əleyhimus-səlam) olan itaətkarlıqları ilə xristian ermənilərindən seçilirdilər...

Aşağıda müşahidə edəcəyiniz videoda hərbiçimiz yenicə erməni işğalından azad etdikləri Şuşanın mərkəzi meydanında yerləşən ən qədim Məscidə, Yuxarı Gövhər Ağa Məscidinə kövrək duyğularla, Allah Təalaya həmd və sənalar edə-edə daxil olduğunu görürsünüz...

Qeyd edək ki, Yuxarı Gövhər Ağa Məscidi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının əraziləri işğal edildikdən sonra bu ərazilərdəki Məscidlər, o cümlədən Yuxarı Gövhər Ağa Məscidi erməni vandaliziminə məruz qalmışlar... Bununla bağlı Azərbaycan Respublikası 2010-cu ildəki razılaşmaya əsasən qonşu qardaş İran İslam Respublikasından erməni işğalı altında olan Məscidlərin bərpa edilməsini istəmişdir. Razılaşmaya əsasən də, İran İslam Respublikası bir-neçə ildən sonra Şuşadakı Yixarı Gövhər Ağa Məscidinin bərpa işlərinə başlamış və qismən tamamlamışdır...

Tarixə nəzər salsaq ümumilikdə Yuxarı Gövhər Ağa Məscidinin inşası dörd mərhələdə həyata keçirilmişdir. Ərazidə ilk Məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə Qamış Məscidin yerində daşdan yeni Məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş Məscidinin yerində qoşa minarəli üçüncü Məscid inşa edilmişdir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü Məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə Məscidi inşa edilmişdir.

Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış dördüncü Məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Şuşada Aşağı Gövhər Ağa Məscidi, Ağdam cümə Məscidi və Bərdə İmamzadəsi ilə yanaşı Yuxarı Gövhər Ağa Məscidi də memarın ən yaxşı əsərləri sırasına daxildir. Yuxarı Gövhər Ağa Məscidinin minarələrinin dekoru və Məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsində otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənmişdir.

Məscid, özündən əvvəlki tikilinin inşaat oxlarını təkrarlayır. Dördüncü Məscid kompozisiya-planlaşdırma və memarlıq bədii xüsusiyyətləri baxımından sələfindən kəskin şəkildə fərqlənir. Giriş Şahbulaq Məscidində olduğu kimi yarımdairəvi daş tağla həll edilmişdir. Məscidin portikinin arkadası, iki mərtəbəli tikilinin hündürlüyü boyunca ucalan üç eyni tağdan ibarətdir. Eyvanın tağları üzərində Quran ayələri yazılmış dekorativ lent uzanır. Yuxarı Gövhər Ağa Məscidinin dam örtüyünün orta hissəsində əsas ox boyunca yerləşən və mərkəzi nefin üstünü örtərək təxminən 5 metr diametrə malik olan iki günbəz fərqlənir. Kərpiclə hörülmüş minarələrin səthi qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmişdir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*